Yuxarı

“Ya öləcəksən, ya da başını örtəcəksən”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az güneyli yazıçı Cavad Yekanlının “7 yaşındakı bir qızın məktəbə getməsi” hekayəsini təqdim edir:

Məktəbin ilk günü olduğu üçün həyəcan içində idim. Tanımadığım insanları tanıyacaqdım. Atamla birlikdə məktəbə sarı yola düşdüm, qalın çayğatım (baş örtüsü) məni incidirdi. Məktəbə çatdım, məktəbin böyüklüyü və ab-havası məni heyrətləndirdi. Həyəcanım artmışdı, hava da çox isti idi. Başımda olan çayğat məni boğurdu. Sıralar quruldu və mən sıraya keçdim. Dayana bilməyib çayğatımı başımdan açdım, ucaboy bığlı bir kişi gəldi:

- Bura xalanın evi deyil, başını ört.

- Hava istidir, çayğat məni boğur.

Qışqıraraq “başını ört, ifritə”, - dedi. Onun səsinə atam yetişdi:

- Nə olub?!

- Bu, sizin qızınızdır?

- Bəli... Qız, sən niyə başını açıbsan?

- Ata, hava istidir və mən boğuluram.

- Başın ört, köpəyin qızı, bura məktəbdir.

- Ata, axı...

Sözümü bitirməmişdim ki, atamdan silləni yedim. Yerə düşdüm, atam dəli olmuşdu sanki, qarnıma təpiklə vururdu, hər təpikdə nəfəsim kəsilirdi.

Atam vura-vura deyirdi:

- Sənin dinin-imanın yoxdur?! Köpəyin qızı, ya öləcəksən, ya da başını örtəcəksən.

Ölümə yaxınlaşa-yaxınlaşa bığlı kişini gördüm, gülümsəyirdi və qiyafəsi gözümdən yavaş-yavaş gedirdi, gözlərim yumulurdu.

Gözümü açanda xəstəxanada idim, anam başımın üstündə ağlayırdı. Məni görüb üzümü öpdü, “ah, qarabəxt qızım” deyib yenidən ağladı. Bədənimin ağrısı mənə güc gəlirdi, ağzımı açıb bir söz deməyə gücüm yox idi.

Bir həftə evdə qaldım və yaralarım sağaldı. Bir həftə sonra məktəbə getdim. Məktəbin ilk günü öyrəndim ki, başımı açsam, öləcəyəm!

Tarix
2017.07.13 / 01:22
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla