Yaponiyanın məşhur "Hokkaydo" qəzetində Dünya
Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə
vitse-prezidenti, Yaponiyanın Hokkaydo Universitetinin doktorant
tələbəsi Əlibəy Məmmədovun müsahibəsi yayımlanıb.
Axar.az xəbər verir ki, Dağlıq Qarabağ və Cənubi Kuril adaları
münaqişələrindən bəhs olunan müsahibədə Aprel döyüşlərindən də
söhbət açılıb və müharibənin nə zaman bitəcəyi ilə bağlı fikir
mübadiləsi aparılıb.
Əlibəy Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını
geri qaytarmaq istəmir və insanlar artıq sülh danışıqlarına şübhə
ilə yanaşır. Ona görə də münaqişənin həlli üçün "müharibə etməkdən
başqa həll yolu yoxdur" deyənlərin sayı az deyil.
O, həmçinin, deyib ki, sözügedən müsahibə yayımlanandan sonra
Yaponiyadan ismarışların və zənglərin ardı-arası kəsilmir.
Yaponiyalılar Dağlıq Qarabağ məsələsinə ciddi maraq göstərir.
Qeyd edək ki, "Hokkaydo" qəzetinin gündəlik səhər satışı 1
milyon 23 min 378, axşam satışı 432 min 422 nüsxədir.