Yuxarı

Xətaidə Heydər Əliyevə həsr olunmuş konsert - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

Axar.az xəbər verir ki, tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, onun xatirəsi dərin ehtiramla yad edilmişdir. Ardınca Ümummilli lider Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva, Zahid Oruc, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələr, şəhid ailələri və qazilər və digərləri iştirak ediblər.

Keçirilən tədbirin rəsmi hissəsinin açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Zahid Oruc, həmçinin Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasında misilsiz xidmətlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir çərçivəsində ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin, eləcə də gənclər arasında keçirilən şahmat üzrə blitz və mini-futbol turnirlərinin qalibləri elan olunmuş və onlar diplomlar, hədiyyələr və fəxri fərmanlarla təltif edilmişlər. Bu kimi tədbirlər gənclərin intellektual və fiziki inkişafına töhfə verməklə yanaşı, onların Heydər Əliyev irsinə bağlılığını da daha da gücləndirir.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rəngə boyayıb, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tarix
2025.05.09 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla