Yuxarı

Qarabağa dair rus-türk razılaşmasının gizlinləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Rusiya yaxınlaşması Moskva üçün vazkeçilməz ünsürlərdən birinə çevrilir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqa görə, dünya geostrateji maraqlar dünyasıdır və Rusiya da öz maraqları naminə, əlbəttə ki, güzəştlərə də gedə bilər:

“Rusiya Ermənistana müəyyən referanslar etsə də, Azərbaycan çox təmkinlə davranaraq Rusiya ilə münasibətlərə sadiq olduğunu, hətta daha da inkişaf etdirmək niyyətini müxtəlif formalarda bəyan etdi. O tərəfdən də Türkiyənin Rusiya ilə yaxınlaşması fonunda Ankaranın Moskvanın maraqlarına uyğun ciddi razılaşmalara getməsi, məsələn, “Türk axını” ilə rus qazının yenə Ukraynadan keçərək Avropaya ötürülməsi kimi böyük güzəştə getməsi Kremlin geosiyasi maraqları üçün misilsiz əhəmiyyətə malikdir. Türkiyə də bu güzəştlər fonunda Rusiyadan Qarabağla bağlı ədalətli mövqe nümayiş etdirməsini istəyə bilər. Belə görünür ki, bu istiqamətdə intensiv danışıqlar gedir. Lavrov-Çavuşoğlu və Türkiyə baş nazirinin Moskva səfərindən bu qənaətə gəlmək olar. Hər halda Türkiyə-Rusiya yaxınlaşması Moskva üçün vazkeçilməz ünsürlərdən birinə çevrilir”.

Politoloqun fikrincə, Rusiya artıq NATO-nun ən güclü dövlətlərindən birini öz tərəfinə çəkməyə nail olub və ciddi iqtisadi, siyasi sövdələşmlərə gedir, bu isə o anlama gəlir ki, Moskva Ankaranın müəyyən tələblərindən imtina etməz:

“Türkiyənin tələbi Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsidir. Burada Türkiyə ardıcıl siyasət yerinə yetirir və indidən Ermənistanın nələr qazana biləcəyini gündəmə gətirir. Üstəlik, Azərbaycan da Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılması müqabilində eyni addımları atacağını vəd etməklə qalmır, Dağlıq Qarabağa yüksək muxtar respublika statusu verə biləcəyini bəyan edir. Göründüyü kimi, Türkiyə və Azərbaycan ciddi kompromislərə hazırdır, ancaq bu, ölkəmizin unitar dövlət quruluşuna toxunmamalıdır”.

Ermənistanın Rusiya üçün mühüm əhəmiyyət kəsb etmədiyini deyən politoloqun sözlərinə görə, hazırda Türkiyə və onun ətrafında olan strateji dövlətlərin rəğbətini qazanmaq Rusiya üçün daha böyük geosiyasi əhəmiyyətə malikdir:

“Beləliklə, mümkün razılaşmaların perspektivlərini təxmin etmək mümkündür. Doğrudur, Hamburqda beş dövlətin xarici işlər nazirlərinin iştirakı ilə görüş baş tutmalı idi, Ermənistan bundan imtina etdi. Ancaq Rusiya, ABŞ, Fransa xarici işlər nazirləri birgə bəyanat yaydılar. Münaqişənin yenidən alovlanmasının Avropada təklükəsizlik üçün ciddi problemlər yaradacağı vurğulandı. Əgər həqiqətən də bu, baş verərsə, müharibə Ermənistan və Azərbaycan miqyasında məhdudlaşmayacaq. Bu səbəbdən də artıq Avropanın iri dövlətləri, ABŞ Azərbaycanı qane edən bəyanatlar səsləndirməkdədir. Xüsusilə də bu məsələdə ABŞ-ın mövqeyi daha çox diqqət çəkir. Vaşinqtonun gələn il maliyyə yardımını artırması və bunun Bakını xaric təhdidlərdən qorumaq məqsədi daşıdığını vurğulaması Azərbaycan diplomatiyasının uğurudur. Bir sözlə, beynəlxalq münasibətlərdə Azərbaycanın haqlı mövqeyinin daha da möhkəmlənməsi üçün pozitiv dəyişikliklər gedir və ümidvaram ki, bu, Qarabağ probleminin həllində mütləq müsbət dəyişikliklərə gətirib çıxara bilər”.

Tarix
2016.12.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla