Yuxarı

Kürd kartı açılır: İstanbul terrorunda kimlərin əli var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürd kartı açılır: İstanbul terrorunda kimlərin əli var

Ard-arda baş verən terror aksiyaları birbaşa rəsmi Ankaranı müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, terroru həyata keçirən təşkilatın özünü necə adlandırmasından asılı olmayaraq, hədəf və ünvan bəllidir:

“HDP ilə bağlı son əməliyyatlar, ardınca Türkiyənin dollar siyasətindən tutmuş Suriyanın şimalında hərbi əməliyyatlara aktiv şəkildə yenidən start verməsi, hətta Afrinlə Menbic arasındakı yolları nəzarətə götürməsi, Rusiya ilə münasibətlərin istiləşməsi və bu fonda Avropa ilə münasibətlərin kəskinləşməsi çox vacib məqamlardır. Ard-arda baş verən terror aksiyaları Türkiyəni bir dövlət olaraq təhdid etmək mesajıdır ki, bu da rəsmi Ankaranı birbaşa müəyyən güzəştlərə və yumuşalmalara məcbur etmək xarakteri daşıyır”.

Analitik bildirib ki, terror aksiyasının təşkilində yalnız adı çəkilən etnik separatçı və sol-kommunist terror qruplarının deyil, regionda Türkiyə ilə hədəfləri üst-üstə düşməyən dövlətlərin də marağı var:

“Kürd kartını ən kəskin şəkildə yenidən gündəmə gətirmək və bununla da bütün mümkün vasitələrlərdən yararlanaraq təzyiq aləti olaraq istifadə etmək başlıca məqsəddir”.

Qərbin Türkiyədə xeyli insanın ölümü ilə nəticələnən terror hadisəsinə loyal münasibətinə gəlincə, analitikin sözlərinə görə, bu, bir daha Avropanın öz dəyərlərindən sürətlə uzaqlaşaraq problemlərə yalnız ikili standart və öz maraqları çərçivəsindən yanaşdığından xəbər verir.

Qeyd edək ki, 10 dekabrda İstanbuldakı “Vodafon Arena”da baş verən dəhşətli terakt nəticəsində 44 nəfər həlak olub, 155 nəfər isə yaralanıb.

Tarix
2016.12.13 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla