Yuxarı

Suriya bölünüb: ABŞ, Rusiya, Türkiyə və İran…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı tərəflər rəqiblərinin əldə etdikləri üstünlüklərlə barışmayacaq və növbəti mərhələdə yeni toqquşmaların şahidi olacağıq.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, Suriyadakı qarşıdurmanın yeni fazaya daxil olduğunu bildirib:

“Bu mərhələdə Hələb kimi ciddi strateji məntəqəni ələ keçirən iqtidar qüvvələri, Əsəd rejiminə tam dəstək verən, eyni zamanda, İraqda Mosula edilən hücumlarda yerli iqtidarla əlbir olub ətrafında formalaşdırdığı şiə hilalı ilə mövqelərini gücləndirən İran, Suriyanın şimalında Lazkiyə, İdlib və Hələb üzərindən dəhlizi nəzarət altına almağı planlaşdıran Rusiya, Hələbin itkisi ilə heç cür razılaşmayan və hazırkı dönəm üçün Rakkanı əsas hədəf elan etsə də, mərkəzdə möhkəmləndikdən sonra şərqə doğru irləliləməyi planlaşdıran və bunun üçün də kürd qruplaşmaları ilə müştərək hərəkət edən ABŞ və Qərb, Fəratın sol sahilini özü üçün prioritet elan edən, Əl Babın nəzarətə götürülməsini qarşısına məqsəd qoyan və buna nail olan Türkiyə var.

Hazırda belə bir görüntü yaranır ki, İraqda İranın, Suriyada isə İran və Rusiyanın dəstəklədiyi iqtidar qüvvələri Mosul və Hələb istiqamətində uğurlar əldə etməklə əslində, böyük üstünlük qazanmaqdadırlar. Ancaq Palmiranın əldən getməsi, eləcə də son dərəcə ciddi strateji əhəmiyyətə malik Afrin-Menbic yolunun və önəmli məntəqə olan Əl Babın Türkiyənin dəstəyi ilə müxaliflərin nəzarətinə keçməsi proseslərin heç də sadə olmadığından xəbər verir”.

Analitikin sözlərinə görə, ABŞ və Qərb Hələbin İran və Rusiyanın dəstəklədiyi qüvvələrin tam şəkildə nəzarətinə keçməsi ilə barışmayacaq:

“Qərbin Suriyanın mərkəzində İŞİD üzərində təqzyiqlərini müəyyən qədər azaltması bəs edər ki, bu qüvvə təkrar mərkəz və şimal istiqamətində Əsəd koalisiyasına ciddi problemlər yaratsın. Palmiranın təkrar İŞİD-in nəzarətinə keçməsi buna əyani sübutdur.

Palmira Suriyanın mərkəzində, İŞİD-in nəzarətindəki şərq bölgələrinə, ən əsası Rakkaya gedən yolun üstündədir. Palmiranın alınması İran və Rusiyanın da dəstəklədiyi Əsəd qüvvələrinin Rakka üzərinə hücumunu ciddi şəkildə əngəlləməklə yanaşı, ABŞ-kürd koalisiyasının manevr imkanlarını da artırır. Türk birlikləri isə ASO ilə birgə hazırda daha çox şimalda - Əl Bab istiqamətində möhkəmlənməkdə davam edir və əməliyyatın son mərhələsi kimi cənubda olan Tadif və Aran qəsəbələrini hədəfləyir. Eyni zamanda, türk ordusu həm Suriyanın, həm də İraqın şimalında kürd separatçı dəstələrinə zərbələr endirməkdədir. Bu səbəbdən də Suriyanın mərkəz və şərqində baş verənlər hələ ki, onları az maraqlandırır.

Göründüyü kimi, proseslər heç də Hələbin hansısa qüvvənin nəzarətinə keçməsi ilə səngiməyəcək, əksinə, yeni və ciddi dəyişikliklərin şahidi olacağıq”.

Tarix
2016.12.17 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla