Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Vəkili Hüseyn Abdullayevin deportasiya xəbərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş deputat Hüseyn Abdullayevin hazırda yaşadığı Almaniyada mühacir statusu almaq üçün etdiyi müraciətə rədd cavab verilməsi barədə mediada xəbər yayılıb. Bu gün isə Hüseyn Abdullayevlə bağlı başqa bir daha bir məlumat dolaşır. İddia olunur ki, Almaniyadan deportasiya edilmək təhlükəsi ilə üzləşən H.Abdullayev belə bir vəziyyətə düşməmək üçün bu ölkədən qaçqın statusu almaq üçün müraciət edib.

"AzNews.az"ın əldə etdiyi məlumata görə, H.Abdullayev qaçqın statusu almaq üçün müraciətini Azərbaycanda siyasi təqiblərlə üzləşməsi, həbsdə qalması, onu cəzalandırmaq üçün qardaşının 2013-cü ildə gömrük orqanlarındakı işindən kənarlaşdırılması və barəsində cinayət işinin açılması ilə əlaqələndirib. H.Abdullayev qaçqın statusu almaq üçün müraciətinə bəzi sənədlər də əlavə edib. Bu sənədlər sırasına onun deputat olarkən Fəzail Ağamalı tərəfindən hücumlara məruz qalması, parlamentdəki məşhur davanın videogörüntüləri, bu hadisədən sonra ona edilən hücumlar barədə mətbuatda dərc olunan yazılar, prezident seçkiləri öncəsi müəllifi olduğu "Susma" klipi, barəsində açılan cinayət işi ilə bağlı materiallar daxildir. Bütün bunları Almaniyanın müvafiq qurumlarına təqdim edən H.Abdullayev Azərbaycana qayıdacağı təqdirdə həyatı üçün böyük təhlükə olduğunu vurğulayıb.

"AzNews.az"ın Almaniyada yaşayan və sığınacaq üçün müraciət edən soydaşlarımızdan əldə etdiyi məlumata görə isə qaçqın statusu almaq üçün müraciətindən sonra H.Abdullayev vəkillə də təmin edilib. Hazırda müvafiq qurumlar bu müraciətin araşdırılması ilə məşğuldur.

Almaniya qanunvericiliyinə görə, qaçqın statusu almaq üçün müraciətlərə 6 ay ərzində cavab verilməlidir. Hüseyn Abdullayevlə bağlı sənədlərdə onun Almaniyanın Vestfalia Şimali Reyn torpağında məskunlaşdığı bildirilir. Başqa bir məlumata görə isə, Almaniya hökuməti H.Abdullayevin sübut kimi təqdim etdiyi materialları qəbul etməyə bilər. Buna səbəb isə H.Abdullayevin hələ də Azərbaycanda biznesinin olmasıdır.

Bu iddialarla bağlı "Musavat.com" Hüseyn Abdullayevin vəkili Akif Əlizadə ilə əlaqə saxlayıb. Akif Əlizadə Hüseyn Abdullayevin deportasiya edilməsi ilə bağlı heç bir məlumatı olmadığını, bu xəbəri internet saytlarında oxuduğunu bildirib.

Daha sonra "əgər Hüseyn Abdullayev Azərbaycana qayıdarsa, onu hansı təhlükə gözləyir", sualına Akif Əlizadə birbaşa cavab verib: "Qayıdarsa, Hüseyn Abdullayev həbs olunacaq. Bildiyiniz kimi, Hüseyn Abdullayev əsassız və qanunsuz olaraq AR CM-nin 213.2.2-ci (Vergi ödəməkdən yayınma) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilib.

Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, Hüseyn Abdullayev Abbas oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyun 2013-cü il tarixli, iş № 4(004)-435/2013 saylı qərarı ilə barəsində 2 (iki) ay həddində qətimkan tədbiri qismində həbs seçilmiş və saxlanılması üçün axtarışa verilmişdir".

Tarix
2013.11.08 / 17:53
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla