Yuxarı

Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurum üzvlərinə məktubla müraciət edib. Bu barədə "Lent.az"a Milli Şuranın prezidentliyə namizədi olmuş, professor Cəmil Həsənli məlumat verib.
C.Həsənli bildirib ki, Rüstəm İbrahimbəyovun məktubu Milli Şuranın növbəti sessiyasında qurum üzvlərinə oxunacaq.
Məktubun məğzinə gəlincə, C.Həsənli deyib ki, MŞ sədri öz məktubunda qurumun gələcək perspektivini və struktur dəyişikliyi ilə bağlı fikirlərini açıqlayıb: "Rüstəm müəllim Milli Şuranın strukturunun dəyişdirilməsi və həmsədrlik institutunun yaradılması ilə bağlı fikirlərini mətbuata açıqlayıb. Milli Şura üzvlərinə yazdığı məktubda da bu məsələlərdən bəhs edib və qurum üzvlərinə həmsədrlik institutuna keçidlə bağlı müraciət edib".
Qeyd edək ki, R.İbrahimbəyov ötən ay mətbuata açıqlamasında Milli Şurada həmsədrliyin yaradılmasını və Cəmil Həsənlinin də yeni həmsədr olmasının tərəfdarını olduğunu bildirmişdi. O, həmçinin, bu məsələ ilə bağlı Cəmil Həsənlinin də razılığını aldığını bəyan etmişdi.
Tarix
2013.11.08 / 18:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla