Yuxarı

İrəvan özünü küsəyən qız kimi aparır - Mehrabyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın situasiyaya başqa təsir imkanı yoxdur. Onların (Azərbaycan - red.) iki üsulu var: heç bir fayda kəsb etməyən bəyanatlar vermək və ya diqqəti cəlb etmək üçün atəş açmaq.

Musavat.com xəbər verir ki, politoloq bu sözləri “Armenpress”in jurnalistləri ilə söhbət edərkən söyləyib.

“Təsəvvür edin ki, siz Azərbaycan rəhbərliyindəsiniz və atəş açmamaq əmrini verirsiz. Kim bu zaman sizi xatırlayar? Çünki indi dünyanın başı Suriyada və Ukraynadakı problemlərə qarışıb. Azərbaycan atəş açmalıdır ki, sonra bütün dünyaya və azərbaycanlılara qalib gələ biləcəyini xatırlada bilsin. Təəssüf ki, bu situasiyanın kəskin olaraq dəyişməsi çox çətindir”, - politoloq qeyd edib.

KTMT-nin keçmiş baş katibi Nikolay Bordyujanın dekabr ayındakı insidentdən sonra verdiyi bəyanata da toxunan İsgəndəryan burada Azərbaycana qarşı təsir elementlərini olduğunu iddia edib. “Bu Azərbaycanın razılaşmalara əməl etməməsinə qarşı cavab reaksiyasıdır. Apreldən sonra gizli razılaşmalar olub, Rusiya isə bu razılaşmaların əsas iştirakçılarından biridir. Lakin Azərbaycanın bütün bunlara əməl edəcəyini düşünmək qeyri-real görünür”, - İsgəndəryan söyləyib.

Politoloq KTMT-nin hər bir ölkəsinin öz maraqları olduğunu deyib: “Məsələn, Qarabağ (erməni politoloqu qondarma qurumu nəzərdə tutur - red.) Rusiya Federasiyanın geopolitik gündəlyinin mərkəzində deyil, onun üçün daha vacib məsələlər var. Ona görə də heç bir siyasi struktura inanmaq olmaz”.

Digər erməni politoloqu Ruben Mehrabyana görə isə iki həftə öncə baş verənlər müəyyən bir həqiqəti əks etdirir: “Ermənistanın bugünkü vəziyyəti, habelə beynəlxalq münasibətlərin və təhlükəsizliyin məntiqi onun təhdid altında olduğunu göstərir”.

Politoloqun yazısında deyilir: “Əgər aprel müharibəsində bizim “starteji müttəfiqimiz” (Rusiya nəzərdə tutulur - red.) utanmaz şəkildə susmağa üstünük verirdisə, dekabrda bu utanmazlığa artıq vəzifədən getməkdə olan KTMT baş katibinin “fırtınalı reaksiyası” əlavə olundu. Bizdəki (Ermənistanda – red.) bəzi dairələr bunu necə böyük şövqlə qarşıladılar: “Görürsünüz, o nə dedi : “Dağlıq Qarabağ Respublikası”!

Nə olsun ki... Naxçıvan da respublika sayılır. Nə dəyişib ki... Bəlkə Rusiyanın Azərbaycana silah tədarükü azalıb? Və ya Moskva artıq Bakını aprel razılaşmalarına əməl etməyə məcbur edir?

Bu vəzifədən getməkdə olan, indi sabiq sayılan bir adamın ermənilərə təsəlli prizindən başqa bir şey deyildi.

Bordyujanın bəyanatı bir şeyi göstərir: “Rusiya-Ermənistan əsrlik dostluğu” deyilən dağ artıq siçan da doğmur. O, erməni əsgərlərinin canlarını alan və Ermənistanın dövlətçiliyinə bir nömrəli təhlükə yaradan qatil canavar dünyaya gətirib.

Dekabr hadisəsi Ermənistanın siyasi rəhbərliyinin etdiyi səhvlərdən heç bir nəticə çıxarmadığını nümayiş etdirib.

İrəvan indi özünü küsəyən qız kimi aparır. Nədi, nədi, buna nə kollektivi, nə təhlükəsizliyi, nə müqaviləsi, nə də təşkilatı olan KTMT adlı strukturda baş katib deyilən fəxri vəzifəni verməyiblər... Gəlinən nəticə aydındır. KTMT adlanan təşkilat Ermənistanın milli maraqlarına xidmət edə bilməz. O, Ermənistanın hərbi-texniki əməkdaşlıq sahəsində imkanlarını daraldır və Moskvanın deyil, özünün maraqlarından irəli gələn müdafiə siyasəti həyata keçirməsinə mane olur”.

Londonda yerləşən “Jane’s Intelligence” analitik mərkəzinin müdafiə və təhlükəsilizk məsələri üzrə aparıcı mütəxəssisi Lilit Gevorkyan da hərbi əməliyyatların başlama ehtimalının yükəsək olduğunu sölyəyib.

“Əgər Moskva və Bakı razılığa gəlsələr, ictimaiyyət isə bu razılaşmaya qarşı çıxsa, Qarabağ münaqişəsi məcburi şəkildə, daha tez və qanlı hücum yolu ilə həll edilə bilər. Təbii ki, Bakı bunu Moskvaya xəbər edərək həyata keçirəcək. Bu Ermənistanda hazırkı nizamlama paketinin tərəfdarlarına Ermənistanın “DQR”i (qondrama qurumu - red.) indiki sərhədlərində saxlamaqda qadir olmadığı ilə bağlı ictimaiyyəti əmin etmək üçün əsas yarada bilər.

Xarici siyasətə gəlincə isə Ermənistan hakimiyyəti öz seçimini 2013-c ildə Avrasiya İttifaqına qoşulmaqla artıq edib. Gözlənildiyi kimi, Ermənistan getdikcə hərbi-siyasi qərarların qəbul olunmasında səlahiyyələrini Moskvaya təslim edir. Moskva ilə sıx əməkdaşlıq Ermənistanın hakim sinfi üçün daha yararlıdır, çünki bu ölkədə sosial gərginliyi azaltmağa imkan verir.

2017-ci ildə isə Ermənistanın müstəqil dövlət kimi funksiyaları zəifləməkdə davam edəcək. Bu isə o deməkdir ki, Ermənistan iqtiadi və milli təhlükəsizlik nöqteyi-nəzərdən daha zəif hala gələcək”, - Lilit Gevorkyan qeyd edib.

Tarix
2017.01.11 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla