Yuxarı

Nazirlərdən sahibkarlarla xüsusi göstəriş - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:14

Regionların sosial-iqtisadi inkişafı proqramının icrasına həsr olunmuş konfrans çərçivəsində sahibkarlarla da xüsusi görüş keçirilib. 2 saatdan çox davam edən görüşdə rəsmi qrumların rəhbər şəxsləri sahibkarların şikayətlərini dinləyib, suallarını cavablandırıb və məsləhətlər veriblər. Bir sıra sahibkarın problemi isə araşdırılması üçün qeydiyyata götürülüb.

Xəzər xəbər məlumat verir ki, nazir və komitə rəhbərləri sahibkarların şikayət və təkliflərini dinlədi, suallarını cavablandırdı.

İqtisadiyyat, Vergilər, Kənd Təsərüfatı nazirləri və Dövlət Gömrük Komitəsi rəhbərinin iştirak etdiyi görüş regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramının icrasına həsr olunmuş konfrans çərçivəsində keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəzi sahibkarların vergidən yayınmaq üçün ölkəyə gətirilən malları ucuz göstərməyə çalışdığını bildirib və belə qeyri-rəsmi köçürmələrin “qara bazar”ın formalaşmasında böyük rol oynadığını bildirib.

Görüşdə sahibkarlar, manatın dollar qarşısında dəyər itirməsi səbəbi ilə bəzi çətinliklərinin olduğunu və bunun üçün də dövlət tərəfindən dəstəyin vacibliyini qeyd ediblər. Müxtəlif sahələr üzrə şikayətlər qeydə alınıb və məsələnin araşdırılacağı bildirilib. O da vurğulanıb ki, bəzi sahibkarlar dövlət kreditlərinin ödənilməsində məsuliyyətsiz davranırlar.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlara istehsal sahələrinin artırılmasının vacib olduğunu, bunun üçün dövlətdən onlara dəstək göstəriləcəyini bildirib. Hazırda istehsalla məşğul olan sahibkarların isə ixrac həcmini artırmaq üçün marketinq fəaliyəytini daha peşəkar səviyyədə qurmalı və keyfiyyətli məhsul istehsal etməli olduğunu vurğulayıb.

Tədbirin sonunda bəzi iş adamları problemlərinin həll edilməsi üçün nazirliklərə dəvət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2017.01.30 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla