Yuxarı

Nazir Koçeteliyə Cocuq Mərcanlıdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa üzrə regional direktoru Vinsent Koçetelini qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı E. Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir V. Koçeteliyə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

V. Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tarix
2017.01.31 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla