Yuxarı

Nazirlikdən rüşvət alan xanıma vəzifə verilməsinə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevaya qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması faktına münasibət bildirib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, sözügedən fakt Gülçin Mirzəyevanın əvvəl tutduğu vəzifəyə aid müəyyənləşdirilib:

“Gülçin Mirzəyeva 30 dekabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. Hazırda məlum proseslərə uyğun olaraq qeyd edə bilərik ki, fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunanda onun haqqında cinayət işi olmayıb, bu kimi fakt qeydə alınmayıb”.

V. Şixəmmədov əlavə edib ki, hadisəyə hüququ qiymət veriləndən sonra nazirlik müvafiq qərar qəbul edəcək:

“Hazırda istintaq aparıldığından qanunvericiliyə uyğun olaraq, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəndən müvəqqəti olaraq kənarlaşdırılıb. Hadisəyə hüquqi qiymət veriləndən sonra Mədəniyyət və Turizm Nazirliyində müvafiq qərar qəbul olunacaq”.

Tarix
2017.02.20 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla