Yuxarı

“Feysbuk” Altay Göyüşovun işdən çıxmasına səbəb oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə sosial şəbəkədə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Altay Göyüşovun işdən çıxdığı barədə xəbər paylaşıldı.

Xəbərdə A.Göyüşovun iş yerindən çıxarıldığı bildirilir. Altay Göyüşov özü isə "feysbuk" statusunda yazıb:

"Bu gün universitet rəhbərliyi öz ərizəmlə işdən çıxmağımı istədi. Sonra isə dərsin ortasından auditoriyadan çıxarıldım. Səbəb isə Facebook:) Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır".

Məlumat üçün bildirək ki, 1965-ci ildə Bakıda anadan olan Altay Göyüşov professor Rəşid Göyüşovun oğludur. A.Göyüşov Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, tarix elmləri doktorudur. 1989-cu ildən bu günə kimi Bakı Dövlət Universitetinin Tarix fakültəsində müəllim işləyib. 4 proqram, 1 metodik vəsait, 2 monoqrafiyanın müəllifidir.

Xatırladaq ki, nə qədər qəribə də olsa, sosial şəbəkədə paylaşdığı statuslarına görə dünyanın bir çox ölkələrində insanlar işləri ilə vidalaşmağa məcbur olublar. Altay Göyüşovun isə hansı statusa görə işdən ayrıldığı barədə məlumat verilmir.

Tarix
2013.11.13 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla