Yuxarı

Qərbi formalaşdıran əsrarəngiz din - Zərdüştlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdüştlik nədir?

“Biz” və “onlar” ayırımı Qərbin İranla bağlı siyasətinə hər zaman hakim olub. Eyni zamanda, xristianlıq tez-tez ABŞ və Avropanı təcəssüm etdirən bir sözə çevrilib.

Bu qədim dinə nəzər salsaq, bəlkə də bütün Qərb ideyalarının kökünün İranda yatdığını görərik. Alimlərə görə, iranlı peyğəmbər Zərdüşt eramızdan əvvəl təxminən 1500 və 1000-ci illər arasında yaşayıb.

Zərdüştə qədər qədim farslar, hazırda hinduizm kimi bilinən hind-aryan dininə, daha yaxın, qədim İran-aryan dininə sitayiş ediblər. Lakin Zərdüşt bu inancı pisləyərək tək Allaha - Hörmüzə (Ahura Mazda) - sitayiş etməyin doğru olduğunu deyirdi. Bu yolla o, iranlılar və hind-aryanlılar arasındakı fərqi yaratmaqla bərabər, insanlığın ilk təkallahlı dinini də formalaşdırmış oldu.

Tək Allah ideyası zərdüştliyin həm də "böyük üçlük" - yəhudilik, xristianlıq və islam arasında yer tutmasına səbəb olub.

Cənnət və Cəhənnəm, Məşhər Günü və yenidən dirilmə, mələklər və iblislər, əslində, zərdüştlikdən yayılan məfhumlardır. Hətta Şeytan fikri də zərdüştlikdən gəlir. Belə ki, zərdüştlik dininin əsasında yaxşılıq və işığı təmsil edən Allah (Müqəddəs Ruh, Spenta Manyu) ilə qaranlıq və şəri təmsil edən Əhrimən (Anqramanyu) arasındakı mübarizə dayanır.

İnsan istədiyi tərəfi tutmaqda azad olsa da, din buyurur ki, Allahın qələbəsi qaçılmazdır.

Zərdüştlik ilk monoteist dindir və yəhudilik, xristianlıq və islamdakı kimi ikili əsaslara (məsələn, cənnət və cəhənnəm) malikdir.

Bəs zərdüştlikdəki ideyalar ibrahimi dinlərə necə yol açıb?

Alimlərə görə, bu anlayışların bir çoxu Babil yəhudilərinə fars imperatoru Böyük Sirus tərəfindən azad edilərkən öyrədilib.

Bu fikirlər yəhudi düşüncəsinə hakim kəsilib və Bilzəbub (İblisin adlarından biri) yaranıb. Və farslar Əhəməni imperiyası zamanı yunan torpaqlarını zəbt etdikdən sonra yunan fəlsəfəsi müxtəlif istiqamət götürüb.

Buna qədər yunanlar insanların hökmünün çox az olduğuna və çoxlu allahlar tərəfindən idarə olunduqlarına inanırdılar. İran dini və fəlsəfəsi ilə tanış olduqdan sonra onlar sanki həyatlarını idarə etmək iqtidarında olduqlarını və qərar vermək azadlıqlarını anladılar.

Bir zamanlar İranın dövlət dini olan və farsların yaşadığı ətraf ərazilərdə də (məsələn, Əfqanıstan, Tacikistan və Mərkəzi Asiyanın böyük hissəsi) sitayiş olunan zərdüştlük hazırda İranda azlıq dini kimi tanınır və dünya üzrə davamçıları da çox azdır. Dinin mədəni irsini isə xüsusi qeyd etmək lazımdır. Zərdüştliyin bir çox ənənələri İran mədəniyyətinə böyük təsir göstərdiyi kimi, bu təsir Qərbi Avropadan da yan keçməyib.

Zərdüştlik rapsodiyası

Dantenin “İlahi komediya”sından əsrlər öncə “Avesta” kitabında cənnət və cəhənnəmin aydın izahı verilib.

Görəsən Dante Zərdüştin kosmik səyahətindən xəbərdar idimi?

Deyilənlərə görə, onun bu səyahəti eramızın 10-cu ilində tamamlanıb. Hər iki əsər arasındakı oxşarlıq heyrətamiz olsa da, insana yalnız fərziyyələr qalır.

Zərdiştlüyə etimad edənlər, İranın Yəzd şəhərində yerləşən bu məbəd kimi, atəşgahlara sitayiş edirlər. Onlar paklığı təmsil edən su ilə alovu, həm də təmizlənmə ayini üçün mühüm hesab edirlər

Zərdüştliyin başqa ölkələr ilə “əlaqəsi” bir o qədər də səthi deyil.

İranlı peyğəmbəri 16-cı əsrdə Rafaelin yaratdığı Afina məktəbi (School of Athens) əsərində əlində parlaq qlobus tutan şəkildə görmək mümkündür.

17-ci əsrin sonu, 18-ci əsrin əvvəlində Zərdüştə həsr olunmuş kimyagərlik işi “Clavis Artis”də də - onun xristian mövzulu müxtəlif təsvirləri - əks olunub.

“Zərdüşt [Xristian Avropasında] sehrin yaradıcısı, filosof və astroloq kimi qiymətləndirilməyə başlandı, xüsusilə də Renesansdan sonra” - London Universitetinin Şərq və Afrika Tədqiqatları Məktəbindən Ursula Sims-Uilyams deyir.

Zərdüştilər meyitlərini Özbəkistanda yerləşən Çılpık adlı qüllə kimi Sükut Qüllələrində qoyurdular ki, quşlar onların bədənlərini yesin.

İndi “Zadig” adı çəkiləndə dərhal insanın ağlına fransız moda şirkəti “Zadig & Voltaire” gəlir. Geyimləri zərdüştilərə məxsus olmasa da, adın arxasında yatan hekayə ona aiddir.

18-ci əsrin ortalarında Volter tərəfindən qələmə alınmış “Zadigtells” eyniadlı fars zərdüşti qəhrəmanından bəhs edir. O, bir çox sınaq və çətinliklərdən sonra Babil şahzadəsi ilə evlənir.

Tarixdə bu, ciddiyə alınmasa belə, Volter və maarifçilərin liderlərinin bir çoxunun fəlsəfi əsərlərinin məhz İrandan ilhamlanaraq yazıldığı aydındır. Volter İran mədəniyyətinin aşiqi idi və dostları ona “Sədi” deyə müraciət edirdilər.

Eyni ruhla Höte də fars şairi Hafizə həsr etdiyi “Şərq-Qərb divanı”nda Zərdüşt mövzulu bir hissəni qələmə alıb.

Zərdüştlik təkcə Qərb incəsənəti və ədəbiyyatında iz qoymayıb, Avropa səhnəsinin bir neçə siması da bu qədim inanca bağlı olub. Kahin ruhlu qəhrəman Sarastodan başqa, Motsartın “Sehrli fleyta” librettosu da zərdüşti mövzu ilə zəngindir. Məsələn, işıq qaranlığa qarşı, alov ilə suyun sınağı və hikmət və yaxşılıqların hər şeydən üstünlüyü.

Və Farrok Bulsara da - Freddi Merkuri - fars zərdüşti kökləri ilə həmişə fəxr edib.

“Mənim geyim tərzim həmişə fars köklərinə bağlı qalacaq. - O, bir dəfə müsahibəsində deyib: - Xeyr, əzizim, heç kim məni dayandıra bilməz!"

Onun bacısı Kaşmira Kuk da 2014-cü ildə verdiyi müsahibədə ailəsinin Zərdüşt kökləri haqqında söz açıb: “Biz ailə olaraq, zərdüştiliyimiz ilə fəxr edirik. Düşünürəm ki, Freddinin zərdüşti inancı ona daha çox işləmək, əzmli olmaq və arzularının arxasınca getmək gücü verirdi”.

Buz və alov

Musiqidən söz düşmüşkən, Riçard Straussun yaratdığı “Zərdüşt belə deyirdi” əsərini qeyd etməmək olmaz.

Bu əsərdən ilhamlanaraq Stanley Kubrik 2001-ci ildə dünyaca məşhur “Kosmik Odisseyi” yazır.

Eyni zamanda Nitşenin böyük əsərinin adı də Zərdüşt peyğəmbərlə bağlıdır. Buna baxmayaraq, əsər başdan-başa anti-zərdüşti ideyalar daşıyır. Alman filosofu zərdüştiliyin yaydığı yaxşı və pisliyi qəbul etmir və bir ateist olaraq monoteizmdən qətiyyən söz açmır.

Rafaelin “Afina məktəbi” əsəri 1511-ci ildə bitib. Bir çoxu düşünür ki, böyük əsərin bir hissəsi olan bu əlində qlobus tutan obraz Zərdüştdür.

Ahura Mazda, Mazda adlı maşın şirkətinin adının yaranmasında bu din rol oynayıb.

Eləcə də, “George RR Martin”in “Taxt oyunları” filmində qaranlıq üzərində qələbə qazanan yarımallah rolu Azor Ahai də zərdüştlikdən ilhamlanıb. “Ulduz müharibələri” filmində İşıqlı tərəfin Qaranlıq tərəf ilə mübarizəsini də Zərdüştlik ilə bağlamaq olar.

Qərb düşüncəsi, dini və mədəniyyətinə bu qədər təsir göstərən bir dinin dünyanın ilk monoteist dini olması və onun iranlı yaradıcısı haqqında Qərbdə çox az məlumat mövcuddur.

Müasir fikir axınında və əksər ABŞ və Avropa siyasətçiləri üçün İran azad dünyanın təcəssüm və əldə etdiklərinə qarşı bir ölkə kimi tanınır.

İran irsinin bəxş etdiyi bir çox təsirlər bir qırağa, hamının unutduğu zərdüştlik dini bəlkə də “bizim” “onlar” ilə nə qədər oxşar olduğumuzun ən bariz nümunəsidir.

Müəllif: Joobin Bekhard

Tarix
2017.04.21 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla