Yuxarı

Dünya tarixçiləri İlham Əliyevə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

AMEA Tarix İnstitutundan Axar.az-a daxil olan məlumata görə, konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident! 22-27 aprel 2017-ci ildə Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyə Respublikasının Atatürk Araşdırmaları Mərkəzi və Azərbaycan Respublikasının Lənkəran rayonunun İcra hakimiyyəti tərəfindən birgə keçirilmiş “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransa göstərdiyiniz hərtərəfli diqqətə və təşkilatçı yardımınıza, eləcə də bu tədbirin iştirakçılarının elmi axtarışlarına və səylərinə verdiyiniz yüksək qiymətə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hərtərəfli tədqiq olunmağa məsləhət bildiyi XIX-XX əsrlər tarixinin müxtəlif problemlərinə həsr olunan konfrans təkcə Azərbaycan Respublikasının deyil, dünyanın bir sıra başqa ölkələrin elmi həyatında mühüm hadisə oldu.

Azərbaycanda bir sıra nüfuzlu elmi simpoziumların və konfransların keçirilməsi, eləcə də ötən illərdə keçirilmiş beynəlxalq soyqırım konfranslarının iştirakçılarına Sizin müraciətləriniz doğma xalqınızın tarixinə, ümumiyyətlə tarix elminə böyük əhəmiyyət verdiyinizi təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçılarına ünvanlanmış və tarixçi alimlərin fəaliyyətlərinin əsas istiqamətlərini, müzakirəsi aktual olan məsələləri əks etdirən müraciəti tarixi keçmişimizin bundan sonra da dərindən öyrənilməsi üçün yeni imkanlar açır.

2017-ci ili İslam Həmrəyliyi İli elan etməyiniz baxımından da “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Biz, “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçıları, təsdiq edirik ki, XIX əsrin ilk onilliklərində ermənilərin Şimali Azərbaycanın ərazilərinə kütləvi köçürülməsi, 1918-ci ilin yazında erməni millətçilərinin törətdiyi Azərbaycan xalqına qarşı soyqırımı, həmin ilin mayında əzəli Azərbaycan torpağı olan İrəvan bölgəsində Ermənistan (Ararat) Respublikasının yaradılması, bir əsr bundan əvvəl baş vermiş fəciəli hadisələr zamanı qanlı cinayətlərə səbəb olmuş Qarabağ, Naxçıvan və Azərbaycanın digər torpaqlarına ermənilərin ərazi iddiaları, Azərbaycanın Zəngəzur vilayətinin Ermənistan SSR-ə verilməsi,İkinci dünya müharibəsindən sonra azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası – bütün bu proseslərbu gün bölgədə yaşanan faciələrin, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bünövrəsini qoymuşdur.

Tarixin dərslərinə məhəl qoyulmaması, soyqırımları törətmiş cinayətkarların cəzasızlığı artıq müasir dövrdəerməni millətçilərinin dağıdıcı fəaliyyətinə şərait yaratmışdır. Ərazisindən yüz minlərlə yerli əhali olan azərbaycanlıların, eləcə də digər xalqların nümayəndələrinin qovulmasından sonra monoetnik dövlətə çevrilən Ermənistan Respublikası qonşu xalqlara qarşı əsassız ərazi iddiaları ilə çıxış edir, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan ərazisinin beşdə bir hissəsinin işğalını davam etdirir. Bu siyasətin nəticəsindəDağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının əhalisinə qarşı amansız etnik təmizləmələri baş vermiş, bir milyondan artıq Azərbaycan Respublikasının vətəndaşı öz doğma torpağında məcburi köçkünə çevrilmiş, işğal edilmiş ərazilərdə Azərbaycan xalqının miniilliklər ərzində yaratdığı sivilizasiyanın izlərini silmək məqsədilə onun mənəvi və maddi mədəniyyətinin abidələri məhv edilmişdir.

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın məhz Lənkəranda keçirilməsi təsadüfi deyildir. Azərbaycanın ərazisində ən qədim yaşayış yerlərindən biri olan bu şəhər və onun ətrafı 99 il öncə Azərbaycan xalqına qarşı soyqırımları siyasətinin tərkib hissəsi olmuş erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən ağır cəza əməliyyatına məruz qalmışdır.

Konfransda eşidilmiş məruzələr müasir dünyanın yaşadığı geosiyasi sarsıntılar şəraitində tarixi təcrübənin nəzərə alınması zəruriliyini çox aydın şəkildə ortaya qoydu. Bu gün biz Yaxın Şərqin və Ön Asiyanın bir sıra ölkələrindəvəziyyətin xeyli kəskinləşməsini müşahidə edirik ki, bu da arasıkəsilməz müharibələrə, bölgələrdə və qlobal miqyasda qanlı qarşıdurmalara gətirib çıxarır. “İnsan hüquqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrorizmə qarşı mübarizə”nin adı altında böyük dövlətlər əslində yalnız soyqırımlar və terror üçün əlverişli şərait yaradaraq dünyanı təsir dairələrinə yenidən bölmək uğrunda ölüm-dirim mübarizəsi aparırlar. Başqa sözlə desək, Xaç yürüşləri və Böyük coğrafi kəşflər dövründən başlayan özgə torpaqların zəbt edilməsi, yerli xalqların və onların yaratdığı qədim mədəniyyətlərin məhv edilməsi siyasəti bu gün yeni üsullarla və yeni formalarda davam olunmaqdadır. Bu siyasətin əsas hədəfi isə yenidən Şərq xalqları, o cümlədən türk və islam aləmidir.

Avropanı, ümumilikdə Qərbi bürüməkdə olan ksenofobiya və antiislaməhval-ruhiyyəsinin yüksəlişi tolerantlıq və multikulturalizm dəyərlərindən xatırladır ki, bunsuzda xalqlararası və konfessiyalararası sülhü təsəvvür etmək mümkün deyil. Məhz bu keyfiyyətlər Azərbaycanı – məclisimizdə təmsil olunan dövlətlərin elmi həyatında mühüm hadisə olan “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransınkeçirildiyi ölkəni fərqləndirir.

Azərbaycan sözün əsl mənasında tolerantlığın, multikulturalizmin, millətlərarası və dinlərarası sülhün bərqərar edilməsinə yönələn uğurlu dövlətsiyasətinin örnəyidir. Bu siyasətin həyata keçirilməsi Sizin, cənab Prezident, və Sizin başçılıq etdiyi dövlətin xidmətidir.

Biz, “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransıniştirakçıları, Sizə, cənab Prezident, qədim Lənkəranda bu mötəbər elmi məclisin keçirilməsinə yardım göstərdiyinizə görə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinaminə, Azərbaycanın və bütün bölgənin çiçəklənməsi, dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində apardığınız yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Tarix
2017.04.26 / 21:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla