Yuxarı

ABŞ-ın İranı təcrid siyasəti: Regionu nə gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Səudiyyəyə səfəri və müsəlman ölkələrinin başçıları ilə görüşü qarışılıqlı maraqlara cavab verən addımların atılmasından irəli gəlirdi.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə səfəri fonunda Vaşinqtonun xarici siyasətini dəyərləndirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Trampın əsas məqsədi körfəz dövlətləri ilə ABŞ-ı da daha da yaxınlaşdırmaq idi:

“Tramp müəyyən mənada Səudiyyədə öz məqsədinə nail oldu. ABŞ prezidenti hazırda düzgün siyasət aparır. O, başa düşür ki, islam aləmi çox təsiredici bir dünyadır və bundan səmərəli istifadə etmək indiki dönəmdə ABŞ üçün olduqca vacibdir. Buna görə də ABŞ hazırda əsas müttəfiqləri – Səudiyyə, Qətər, Omana daha çox arxalanır. Çünki Liviya ilə İraq artıq elə də təsirli oyunçular sayılmır. İraq isə dini amillər əsasında İranla yaxınlıq edir. Misirin siyasətində heç bir dəyişliklik yoxdur. Misir həm Qərb, həm də Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Bu nöqteyi-nəzərdən ABŞ körfəz ölkələrini öz maraqlarına daha da yaxınlaşdıracaq. Çünki ABŞ-ın orada bir sıra hərbi bazaları var. İndiki vəziyyətdə ABŞ üçün əsas dövlətlərdən biri də İsraildir. ABŞ İsraildən öz maraqları üçün səmərəli istifadə edəcək”.

Politoloqun sözlərinə görə, ABŞ İranı izolyasiyada saxlamağa davam edəcək:

“Bu isə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq. Ancaq İran Suriya ilə bağlı siyasətini davam etdirəcək və bu fonda Rusiya ilə daha da yaxınlaşacaq. Tehran regionda öz siyasi prioritetlərini həyata keçirəcək. Vaşinqton-Tehran münasibətlərinin gərginləşməsi regiona mənfi təsir göstərəcək və gərgin olan vəziyyəti daha da çıxılmaz edəcək”.

Tarix
2017.05.24 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla