Yuxarı

Bakı AB ilə danışıqlarda şərtləri dəyişdirdi - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildən bəri Şərq Tərəfdaşlığı proqramının mahiyyəti və strateji dəsti-xətti xeyli dəyişdirilib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, hazırkı vəziyyətdə Şərq Tərəfdaşlığı proqramının həyata keçirilməsinin Rusiyaya zərər gətirəcəyini düşünmədiyini bildirib:

“Şərq Tərəfdaşlığının Rusiyanın əleyhinə olduğunu demək düzgün deyil. Belə yanaşma Rusiyada hansısa siyasi dairələrin köhnə təfəkkür tərzinin nümayişidir. Cari ilin payızında Şərq Tərəfdaşlığı sammiti keçiriləcək və bu proqramın yeni düsturu müəyyən olunacaq. Yeni yanaşmaların antirusiya meyarları ilə səciyyələnə biləcəyini düşünmürəm.

Gürcüstan, Ukrayna, Moldova kimi ölkələr Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa ilə assosiativ müqavilə bağlayırlar və beləliklə daha dərin inteqrasiya baş verir. Rusiya üçün narahatlığın səbəbini Azərbaycan və digər ölkələrə şamil etmək olmaz. Yalnız Avropa Birliyinin bu ölkələrə münasibətlərində qıcıqlandırıcı məqamlar ola bilər”.

Politoloq Şərq Tərəfdaşlığı proqramı ilə bağlı Azərbaycan tərəfinin xüsusi bir yol seçdiyini qeyd edib:

“2013-cü ilə qədər ümumi bir məsələ qoyulurdu ki, bütün ölkələr Avropa Birliyi ilə assosiativ bir müqavilə bağlasın. Lakin platformaya daxil olan 6 ölkədən yalnız 3-ü müqavilə bağlamağa razı olub. Azərbaycan da daxil olmaqla, 3 ölkə xüsusi bir yol seçdi. Seçim zamanı ilk növbədə ölkəmizin maraqları təmin olundu və digər ölkələrlə münasibətləri də nəzərə alındı. Azərbaycan tərəfi şərtləri müəyyən dərəcədə dəyişməyə nail oldu. Avropa Birliyi ilə strateji əməkdaşlıq sazişi ilə bağlı danışıqlar gedir. Bu, təkcə Azərbaycanla deyil, həmçinin Ermənistan və Belarusla da aparılır”.

Tarix
2017.07.02 / 08:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla