Yuxarı

Dəniz kuboku-2017 başa çatdı: Qaliblər... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində III Beynəlxalq Ordu Oyunları çərçivəsində təşkil edilən Dəniz kuboku - 2017 beynəlxalq müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, mərasimdə yarış iştirakçıları, ictimaiyyət nümayəndələri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Dəniz kuboku - 2017 haqqında videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Yarışların hakimlər briqadası, komandalar mərasimə dəvət olunub iştirakçı dövlətlərin bayraqları gətirildikdən sonra müsabiqədə yer tutan komandalar təqdim olunub.

Bundan sonra Dəniz kuboku - 2017 beynəlxalq müsabiqəsinin qalibləri elan edilib və qalib komandalar fəxri kürsüyə dəvət olunub.

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycan və Rusiya hərbi dənizçiləri müsabiqənin qalibləri elan edilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Fomin komandalara mükafatları təqdim ediblər.

Müsabiqədə 1-ci yer tutmuş Azərbaycan və Rusiya komandalarının şərəfinə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarını salamlayaraq onlara Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb. “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil olunaraq keçirildiyini qeyd edən general-leytenant K.Vəliyev müsabiqənin Xəzəryanı ölkələrin hərbi dənizçilərinin daha yaxından tanış olmaları, qarşılıqlı münasibətlər və əməkdaşlığın güclənməsi, hərbçilər arasında dostluq və qardaşlıq mühitinin yaranmasına xidmət etdiyini xüsusi vurğulayıb. Nazir müavini iştirakçılara uğurlar diləyərək “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsini bağlı elan edib.

Sonra hər komandadan bir nəfərin iştirakı ilə III Beynəlxalq Ordu Oyunlarının və "Dəniz Kuboku - 2017" yarışlarının bayraqları endirilib.

Bağlanış mərasimindən sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekun mətbuat konfransı keçirilib.

Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının nəticələri barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Tarix
2017.08.11 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla