Yuxarı

Rus nazir İçərişəhəri gəzdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev Bakıya səfəri çərçivəsində iyunun 2-də İçərişəhərlə tanış olub.

Qonaqların İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlanıb. Onlara bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Qonaqlara elektromobillərdə gəzinti zamanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Kiçik Qala küçəsində gəzinti zamanı qonaqlar təndir çörəyinə qonaq ediliblər.

Sonra rusiyalı qonaqlar Şərqin memarlıq incilərindən sayılan dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə də tanış olublar.

Qonaqlar Şirvanşahlar Saray Kompleksində İçərişəhərin müasir görüntüsünü əks etdirən maketlə də tanış olublar.

Nümayəndə heyətinə İçərişəhərdəki dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi haqqında məlumat verilib.

Ölkə əhəmiyyətli abidə olan ikimərtəbəli Karvansara ilə tanışlıqdan sonra Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.

Qədim İçərişəhərlə tanışlıq qonaqlarda xoş təəssüratlar oyadıb /Azvision.az/

Tarix
2014.06.02 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla