Yuxarı

Tomas de Vall: “Qərb Azərbaycanda məğlub olur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın Xarici İşlər Nazirliyi və digər aparatlarda son aylarda açıq-aşkar məğlub olan qərbmeylli qrup var".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Karnegi fondunun Qafqaz məsələləri üzrə eksperti Tomas de Vaal çıxış edib. O, hazırda Azərbaycanda Qərb meylli qrupun məğlub vəziyyətə düşdüyünü bildirib:

"Qərbdən olan məmurlar həyəcan siqnalını çalanda Azərbaycan hakimiyyəti onları ölkənin daxili işinə qarışmaqda günahlandırdı. Bu, ABŞ səfiri ilə Azərbaycan hakimiyyətinin davamlı toqquşmalarına səbəb oldu. Əli Həsənov da səfirin "Azadlıq" radiosundakı çıxışını Azərbaycanda "Maydan"ın alovlandırılması kimi dəyərləndirdi. Bütün hər şeyə baxmayaraq, bilinən tək şey var. Morninqstar Birləşmiş Ştatların Xəzərdə neft, qaz məsələləri üzrə nümayəndəsi, Bakı-Tiflis-Ceyhanın əsas təşəbbüskarlarından olduğuna görə azərbaycanlıların özləri xüsusi olaraq onun səfir postuna təyin olunmasını xahiş etmişdilər. Hazırda Azərbaycan elitası çoxlu qruplara bölünüb. Xarici İşlər Nazirliyi və digər aparatlarda son aylarda açıq-aşkar məğlub olan qərbmeylli qrup var. Amma Bakı hələ də Moskvaya tərəf istiqamətini yönəltməyib. Azərbaycanın BMT-də Ukraynanın xeyrinə səs verməyinə baxmayaraq, Bakı ilə Moskvanın əlaqələri hələ də güclü olaraq qalır".

Tarix
2014.06.13 / 10:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla