Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2018


TürkPA-nın Bakı Bəyannaməsi qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələr qurumun Bakıda keçirilən 5-ci plenar iclasının yekunu olaraq Bəyannamə qəbul ediblər.

Bakı Bəyannaməsində ilk olaraq iyunun 5-də Türkdilli DÖvlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilmiş 4-cü Zirvə toplantısında qəbul edilmiş Bəyannaməyə dəstək bildirilir.

Bundan başqa, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bəyan edir. Bəyannamədə TürkPA Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir, Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının azadlığa buraxılmasını tələb edir.

TürkPA Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə, tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.

Bəyannamə TürkPA-ya üzv ölkələr Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, Qazaxıstan parlamenti və Qırğızıstan Joqorku Keneşi (parlament) tərəfindən imzalanıb.

APA

Tarix
2014.06.13 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Millət vəkili oğlu ilə Suriyada döyüşməyə hazırdır - Video

Əgər bunu Mehriban xanım bilsə...

Azərbaycanlı qardaşlarımıza maşın göndərdik - Kılıcdaroğlu

Putin və Ərdoğan anlaşmadı: Əsəd ordusu gəlir...

Türkiyə Afrin bataqlığına girdi: ABŞ olmasa... – Millət vəkili

4 il yatıb, indi Məcəlləni dəyişmək istəyirdilər? – Millət vəkili

"Sovetski"dən köçürülmə ilə bağlı növbəti qərar verildi

Prezidentdən önəmli qərar: Təqaüdlər artırıldı

Azərbaycana beynəlxalq arenada ehtiyac yarana bilər... - Ekspert

Nazir Cocuq Mərcanlıya gedir

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla