Yuxarı

Gültəkin Hacıbəylinin bu sözünü erməni KİV yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimlinin keçirdiyi bugünkü mitinq erməni mediasında tirajlanmaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Şuranın bu gün keçirdiyi mitinqə münasibət bildirən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Əli Kərimlinin mitinqində, gözləndiyi kimi, çox az sayda insan iştirak etdi:

"Tum, su, salfetka satanlarla, jurnalist, polis və mülki geyimli hüquq-mühafizə orqanı əməkdaşlarını çıxandan sonra bir şadlıq evinə sığacaq qədər adamın iştirak etdiyi bu mitinqdə yenə də düşmənə xidmət özünü göstərdi. Mən hər zaman demişəm və bir daha təkrar edirəm, Əli Kərimlinin mitinqinə Azərbaycan ictimaiyyətinin, xalqının ciddi dəstək verəcəyi qeyri-mümkündür. Çünki onun uzun illərdi siyasi fəaliyyətindəki xainlik, dönüklük, satqınlıq və öz şəxsi maraqları üçün hər kəsi qurban verməsini hamı yaxşı bilir. Bu mitinq də Əli Kərimlinin şəxsi qazancı üçün keçirilən şou idi".

Bir neçə gündü sosial şəbəkədə Əli Kərimlinin oğlunun Londonda təhsili üçün yüzminlərlə dollar xərcləndiyi haqda gedən müzakirələri xatırladan N.Orduxanlı deyib:

"Əli Kərimli bu mitinqi də sifarişlə keçirdi və bundan sonra onun "mühacir biznesi" daha da genişlənəcək. Avropaya gedərkən "təzyiqlərlə üzləşdiyini" təsdiqləmək niyyətilə şəkil çəkdirmək üçün ora gələnlərin "AXCP üzvü" vəsiqələrinə nə qədər ödəyəcəklərini də artıq bilirik".

Mitinqdə çıxış edənlər arasında ən biabırçı çıxışı keçmiş millət vəkili Gültəkin Hacıbəylinin etdiyini deyən N.Orduxanlı Azərbaycan əsgərlərinin səngərlərdə əliboş dayandığı və Azərbaycan dövlətinin orduya aldığı silah-sursatın sınıq və yararsız olduğu haqda onun dediklərinin nə qədər gülünc iddialar olduğunun sübuta ehtiyacı olmadığını bildirib:

"Bu, birbaşa milli maraqların əleyhinə ağ yalan və böhtandır. Gültəkin Hacıbəylinin bu çıxışını Ermənistan mediası dərhal trajladı, yaydı. Bu erməniyə xidmət deyil, nədir?! Düşünmürəm ki, Hacıbəyli bunu bilməyərəkdən etdi, çünki o uzun illərdi ictimai-siyasi həyatdadır və bir zamanlar indi yanında durduğu Əli Kərimlini təhqir etməklə yaddaşlarda qalıb. İndi sadəcə, deputat olmadığı üçün şər-böhtana keçib. Ermənistan hakimiyyətinin özünün "Azərbaycanın pulu var, ona görə bu cür silahlar alır" dediyi sözün üstündən 2 gün keçməmiş G.Hacıbəylinin erməni ictimaiyyətini sakitləşdirmək üçün dediyi bu sözün arxasında kimin və nəyin dayandığı gün kimi aydındır".

Tarix
2017.09.23 / 20:36
Müəllif
Axar.az
Oxunub
9 565
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla