Yuxarı

Zakir Həsənovdan hərbçilərə “dedovşina” xəbərdarlığı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdə əsgər özbaşınalıqlarının aradan qaldırılması üçün nazirliyin yüksək çinli zabitlərinə, hərbi hissə komandirlərinə ciddi tapşırıqlar verib. Xəbəri "Azvizion.az" saytı özəl mənbəyə istinadla yayıb.

Nazir hərbi hissə komandirlərinə ordu sıralarında "dedovşina" hallarının birdəfəlik aradan qaldırılması, əsgəri heyət arasında nizam-intizam qaydalarına ciddi nəzarət olunması ilə bağlı xüsusi göstərişlər verib.

Mənbənin bildirdiyinə görə, nazir "dedovşina" halları aşkar edilən hərbi hissə komandirlərinin sərt şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Z.Həsənov Daxili Qoşunların Komandanı olarkən nəzarətində olan hərbi hissələrdə ciddi nizam-intizam qaydaları yaratmış, əsgərlər arasında "dedovşina" hallarını aradan qaldırmışdı.

Xatırladaq ki, "dedovşina" orduda daha uzun müddət xidmət keçənlərin sonradan hərbi xidmətə başlayan əsgərlər üzərində qeyri-qanuni hakimiyyətidir. Bura daha uzun müddət xidmət keçən əsgərlərin gənc əsgərlərə qarşı müxtəlif təhqiredici hərəkətlər etməsi, onlara alçaldıcı tapşırıqlar verməsi, fiziki təzyiq, bəzən hətta cinsi qısnama daxildir. Çox vaxt bu hərəkətlər maddi baxımdan nisbətən imkanlı əsgərlərə qarşı törədilir.

Tarix
2014.06.16 / 12:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla