Yuxarı

ATƏT prezidentlərin görüşü ilə bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ATƏT-in fəaliyyətdə olan sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşü barədə bəyanat yayıb.

Axar.az xəbər verir ki, ATƏT-in rəsmi səhifəsində yerləşdirilmiş bəyanatda bildirilir ki, ATƏT-də sədrliyi həyata keçirən Avstriya tərəfi prezidentlərin görüşünü diqqətlə izləyib və hər iki ölkə prezidentinin yeni səylərini alqışlayır.

Sədrliyin mətbuat nümayəndəsi bildirib: “Biz yeni impulsları və prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq”.

Bəyanatda, həmçinin qeyd edilib ki, sədrlik bu yeni səylərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacağına ümid bəsləyir. “Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”,- deyə bəyanatda vurğulanır.

Tarix
2017.10.17 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla