Yuxarı

Bərzani özbaşınalığı, Ərdoğanın səfəri və generalın hücumu... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bağdad və Ərbilin Kərkükdə qarşıdurması artıq terrorla savaşın sona yetdiyini, İraqın ərazi bütövlüyü uğrunda vuruşan və onu parçalamağa çalışan qüvvələrin mübarizə dövrünün başladığını göstərir.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, məsələnin qəribəliyi hər iki tərəfin ABŞ silahlı qüvvələrindən təlim almasıdır:

“İraq ordusu 2003-cu ildən bəri terrorçulara qarşı, peşmərgə isə İŞİD-ə qarşı ABŞ hərbiçilərindən təlim keçiblər. Bildiyimiz kimi, 2014-cü ilin yazından etibarən İŞİD-in əlinə keçən Mosuldan İraq ordusu çəkilmiş, onun yerini Bərzaniyə bağlı olan peşmərgə qüvvələri tutmuşdu.

Peşmərgə Kərkükdə də nəzarəti ələ keçirmişdi. Şəhərdə kürdlərlə bərabər, türkmanların və ərəblərin də yaşamasına baxmayaraq, Bərzani rejimi 25 sentyabrda kürdlərin müstəqillik referendumunu İraq Kürd Muxtariyyətinə heç bir aidiyyəti olmayan Kərkükdə də keçirmişdi və bu, kürdlər istisna olmaqla, həm yerli əhalinin, həm də mərkəzi İraq hakimiyyətinin etirazına səbəb olmuşdu”.

Politoloq qeyd edib ki, eyni zamanda, şəhərdə PKK qüvvələrinin olması və türkmanların qorxu altında saxlanılması, onların hüquqlarının kobud şəkildə pozulması Türkiyənin də narazılığına səbəb oldu:

“Kürd Muxtariyyətinin özbaşınalığına qarşı İran da öz qətiyyətli mövqeyini ortaya qoydu. İrana bağlı olan şiə Həşdi Şabi güclərinin, habelə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qoşunları komandanı general Qasım Süleymaninin İraq ordusu ilə birgə hərəkət edərək peşmərgəni Kərkükdən çıxarması bunu sübut edir. Bu ərəfədə Türkiyə Prezidenti Ərdoğan da İrana səfər etdi və heç şübhəsiz ki, əsas müzakirə mövzusu İraqın ərazi bütövlüyünün pozulmasına yol verməmək, bu məsələdə İran, İraq və Türkiyənin birgə mövqedən çıxış etməsini möhkəmlətməkdən ibarət olmuşdur”.

Politoloq vurğulayıb ki, bir müddət əvvəl Türkiyə XİN-in yaydığı bəyanatda Kərkükdə PKK terrorçularının pozuculuq fəaliyyətinə yol verdiyini, Bərzani rejiminin etdiyi səhvlərin üzərinə daha yenilərini əlavə etməsinin ağır nəticələrə səbəb olacağına dair xəbərdarlıq edilmişdi:

“Eyni zamanda, İraq hökumətinin Kərkükdə PKK terrorçularının toplaşmasına icazə verilməyəcəyini Türkiyə dövlətinin razılıqla qarşıladığı bildirilir. Türkiyənin İraq hökumətinin yanında yer alacağını bəyan etməsi də nəzərə alınarsa, İran, İraq və Türkiyənin kürd məsələsində birgə mövqedə olmağa davam edəcəyi gözlənilir”.

Politoloq İraq ordusunun Kərkükə önəm verməsinin səbəblərinə aydınlıq gətirib:

“İlk növbədə bu, İraqın ərazi bütövlüyü məsələsidir, şəhər çox strateji bir mövqedə yerləşir, burada neft ehtiyatları var, şəhərdə kürdlərdən başqa ərəblər və türkmanlar da yaşayır və onlar Bərzani rejiminə yox, mərkəzi İraq hökumətinə tabe olmağa üstünlük verirlər. Kərkük və Mosul Osmanlının dağılması ərəfəsindən tutmuş çox sonralar da daima mübahisəli ərazilər olmuş, böyük dövlətlər burada nəzarəti ələ almaq uğrunda mübarizə aparmışlar.

İraq hökuməti neftlə zəngin Kərkükdən gələn milyonlarla dollar vəsaitin Bərzaninin əlinə keçməsinə mane olmaq üçün qətiyyətli addım ataraq, buradakı neft quyularını və hərbi bazanı ələ keçirdi. Bu məsələdə onun maraqları İranla o dərəcədə üst-üstə düşür ki, onlar 1980-88-ci illərdə müharibə etmələrinə baxmayaraq, İrana bağlı qüvvələr də İraq hökumətinin yanında yer aldı.

Nəticədə peşmərgə Kərkükdən çıxarıldı. Türkiyə də bu iki ölkə ilə həmrəylik göstərdi. Bəzi türkmanların Həşdi Şabidə yer aldığı bildirilir.

İraq ordusunun Keyvan hərbi bazasını, Kərkük aeroportunu və neft quyularını elə keçirməsi strateji mövqelərin artıq hökumətdə olduğunu deməyə əsas verir”.

Tarix
2017.10.20 / 09:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla