Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Xədicə İsmayılın münasibəti qalmaqal yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatının (REAL) idarə heyətinin üzvü Natiq Cəfərlinin geyzbuk səhifəsində yazdığı status böyük rezonansa səbəb olub. Xatırladaq ki, Natiq Cəfərli yazdığı statusda Milli Şuranın 22 sentyabr mitinqini tənqid etmişdi.

Natiq Cəfərlinin statusuna münasibət bildirən tanınmış jurnalist Xədicə İsmayıl isə REAL-ı prezidentliyə namizədlərin imzatoplanma mərasimində Ümid partiyasından 3000 imza almaqda suçlayıb və bunu siyasi etikaya zidd adlandırıb.

Məsələ ilə bağlı REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli ilə əlaqə yaratdıq. Natiq Cəfərli "Axar.az"a açıqlamasında Xədicə İsmayılın ittihamlarını əsassız adlandırdı:

"Mən daha öncə də Xədicə İsmayılın bu iddasına cavab vermişdim. Çox təəssüf edirəm ki, Xədicə xanım bir də bu mövzuya qayıtdı. Onu da bildirim ki, imzatoplama vaxtı həm Aynur xanım, həm də Ruslan İzzətli bizə öz köməklərini təklif etdilər. Onların hər ikisinin İlqar Məmmədova böyük rəğbəti var və hər ikisi də İlqar Məmmədovun rəhbərlik etdiyi "Siyasi biliklər" məktəbinin məzunlarıdır. REAL-a da İlqar Məmmədovun namizədliyinin qeydə alınması və tez bir zamanda həbsdən azad olunması üçün yardım ediblər. Bizə göstərdikləri dəstəyə görə bir daha Ruslan bəyə və Aynur xanıma təşəkkürümü bildirirəm. Xədicə İsmayılın ittihamı isə anlaşılmazdır, çünki onlar bizə partiya funksioneri kimi yox, adi fərd şəkilində yardım göstəriblər. Bu məsələ "Ümid"lə REAL arasında əməkdaşlıq adlandırıla bilməz".

Məsələyə münasibət bildirən Ümid partiyasının sədr müavini Aynur İmranova açıqlamasında Natiq Cəfərlinin fikirlərini təkzib etdi və REAL-a köməyin İqbal Ağazadənin təklifi ilə baş tutduğunu bildirdi:

"Biz REAL-a nə qədər və necə kömək etdiyimizi açıqlamaycağıq. Sadəcə, bildirmək istəyirəm ki, burda fərdi Aynur İmranovanın köməyinin qabardılmasının əleyhinəyəm. Siyasi təşkilatın rəhbəri İqbal Ağazadədir. Və kömək təklifini o edib. Biz də partiyanın siyasi qərarına uyğun olaraq fəaliyyət aparmışıq".

"Siyasi arenada rəqiblərimizin səviyyəli, etibarlı, demokrat düşüncəli olmasını istədiyimiz üçün, REAL-ın imzatoplamaya gec buraxıldığını onlara qarşı haqsızlıq kimi qiymətləndirdiyimiz üçün, REAL-ın gələcəyinə inandığımız üçün, REAL sədrinin həbsdə olmasını nəzərə alaraq digər namizədlərlə qeyri-bərabər vəziyyətə salındığını, hakimiyyət tərəfindən repressiyalarla üzləşdiyini əsas gətirərək onlara əlimizdən gələn qədər kömək etmək istəmişik. Başqa siyasi təşkilatlardan fərqli olaraq, heç bir təmənnamız və pis niyyətimiz olmayıb. Ayrıca kömək təklif edən digər siyasi təşkilatların arasında yalnızca bizim köməyimizi qəbul etdikləri üçün biz də təşəkkür edirik. Hesab edirik ki, çox gözəl və dəyərli bir ənənənin başlanğıcını qoyduq. Müxalifətdəki siyasi təşkilatlar həmişə bir-birinin ətini yeməli deyillər ki?! Bu niyə kimlərisə narahat edir, anlamıram".

Tarix
2013.09.23 / 16:35
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

Türkiyə niyə Rusiyaya meyil edir? - Politoloq

Sərkisyanın Qarabağ mövqeyini bölüşmürük - Barseqyan

Lavrovun Bakıya səfəri təəccüb doğurdu - Şərh

Ermənilərin Qarabağla bağlı uydurduğu “Putin planı”

İrəvanın bu şouya çox ehtiyacı var - Politoloq

Putin Qərbi Suriyada darmadağın etdi – Şərh

Millət vəkilindən həyəcan təbili: səhiyyədə…

3 ölkə mediası Bakıdan yazdı: Sabit, təhlükəsiz...

Bəzi nazirliklər ləğv edilməlidir - Zahid Oruc

SSRİ-də gizlədilən 5 şəhər – Axar TV

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla