Yuxarı

İlham Əliyev: "Bir çoxları təsəvvür etmirdilər ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda səhiyyə, təhsil, mədəniyyət, sənaye, infrastruktur inkişaf edir, bütün sahələrdə inkişaf var. Siz də qeyd etdiyiniz kimi, Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. Buradakı bir çox zavodlar ölkəmizin qeyri-neft sektorunun inkişafında çox önəmli rol oynayır. Burada minlərlə iş yeri yaradılıb. Gəncə avtomobil zavodunu qeyd etmək kifayətdir ki, biz onun timsalında Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görək. Biz vaxtilə Belarus ilə traktor istehsalı sahəsində müqavilə bağladıq və burada Belarus traktorları, ondan sonra yük maşınları, avtobuslar yığılmağa, istehsal olunmağa başlanmışdır. İndi bu zavod nəhəng bir sənaye mərkəzidir. Gəncə avtomobil zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni, bu inkişaf buna gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq.

Axar.az xəbər verir ki, bu sözləri Gəncə səfərində keçirdiyi görüşlər zamanı Prezident İlham Əliyev bildirib.

“Burada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında qeyd olundu. Bu da çox tarixi bir hadisədir. Çünki bu Mərkəzin yaradılması dünya miqyasında bir hadisə oldu. Biz bu Mərkəzi yaradarkən, əlbəttə, görürdük ki, bunun çox böyük gələcəyi var. Ancaq hesab edirəm, bir çoxları təsəvvür etmirdilər ki, bu Mərkəzin dünya miqyasında nə qədər böyük rolu olacaq. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən artıq beş dəfə Bakı Qlobal Forumu keçirilib. Bu forumlarda həm onlarla fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu Forum keçirilir və Forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir.

Biz Gəncənin timsalında ölkəmizin ümumi inkişafını görürük. Sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var. Bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi böyük hadisədir. Bu Oyunlarda əllidən çox ölkədən üç mindən artıq idmançı iştirak edirdi. Dördüncü İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik və idmançılarımız da bizi sevindiriblər, birinci yerə layiq görülüblər. Biz müsəlman aləmində birinci, Avropada ikinciyik”.

Tarix
2017.11.10 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla