Yuxarı

BTQ İrəvanın layihələrini iflasa uğratdı - Erməni mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi Ermənistandakı bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına imkan verməyəcək. Artıq bir neçə layihə iflasa uğrayıb.

Axar.az xəbər verir ki, BTQ-nin açılışından sonra Ermənistanda həyata keçirilən və ya reallaşdırılması nəzərdə tutulan layihələrin bir neçəsi aktuallığını itirib.

Ermənistan mətbuatı yazır ki, bu ölkə üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” avtomagistralı layihəsinin reallaşması artıq şübhə doğurur. Bildirilir ki, 2009-cu ilin sentyabrında Ermənistan Asiya İnkişaf Bankı ilə bu yolun tikintisi üçün kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, magistral yolun tikintisi 2016-cı ildə başa çatdırılmalı idi. Amma tikinti işlərinə müqavilə imzalandıqdan üç il sonra başlanılıb. 2012-ci ildə yolun az bir hissəsi tikilib, layihənin qiyməti isə artıb. 2012-ci ilin sentyabrında layihənin qiyməti 1 milyard ABŞ dolları olsa da, indi onun qiyməti 2 milyard dollardır. Hazırda hökumət yolun tikintisi üçün əlavə vəsait axtarır. Ermənistanın nəqliyyat naziri Vaan Martirosyan deyib ki, avtomagistralın Artaşat-Meğri (350 kilometr) hissəsinin tikintisi üçün 1,5 milyard dollar tələb olunur. Yolun tam istifadəsi üçün daha çox vəsait lazımdır.

Ermənistan hökuməti hesab edir ki, beynəlxalq maliyyə təşkilatları artıq bu layihəyə investisiya yatırmaq istəmirlər.

Ekspertlərin fikrincə, “Şimal-Cənub” avtomagistralının tikintisi artıq sual altındadır. Bir neçə ildən sonra isə bu yol, ümumiyyətlə, mahiyyətini itirəcək. Ona görə ki, bu yol Azərbaycanın nəqliyyat şəbəkəsi ilə rəqabətə davam gətirə bilməyəcək və rentabelli olmayacaq. Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və ilk konteyner qatarının mənzil başına vaxtında çatması Ermənistanı şoka salıb. Əvvəllər BTQ-nin tikilməyəcəyi, beynəlxalq maliyyə qurumlarının bu layihəyə investisiya ayırmayacaqları barədə fikirlər səslənirdi. Amma Azərbaycan hökumətinin qətiyyəti və səyi nəticəsində yolun tikintisi başa çatdırıldı. Bu isə öz növbəsində Ermənistanın nəzərdə tutduğu layihələrin iflası deməkdir.

Tarix
2017.11.13 / 22:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla