Yuxarı

Putin islam ölkələrinin rəğbətini qazanır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Qüds qərarından Rusiyanın yararlanacağı şübhə doğurmur.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, Rusiya ilk növbədə Qüds ətrafında gedən proseslərdən istifadə edərək, islam aləmində ABŞ əleyhdarlarını daha da qıcıqlandırmaq və bununla da Rusiyanın islam aləmində və ümumilikdə dünyada imicini bərpa etmək istəyir:

“Bundan başqa, Rusiya Türkiyə və İranla münasibətlərinə ortaq problemlər əlavə etməklə bərabər, Misirlə də əlaqələrinə yeni yön vermək niyyətindədir. Çünki bunları həyata keçirdikdən sonra Rusiya Yaxın Şərqdə gedən proseslərdə öz rolunu daha da gücləndirmiş olacaq. Moskva İran, Suriya kimi qlobal əhəmiyyət kəsb edən proseslərdən sonra 25 illik fasilənin ardından İsrail-Fələstin münaqişəsində də aktiv rol oynamaqla dünyadakı imicini daha da yüksəltməyi düşünür”.

N.Cəfərsoy vurğulayıb ki, nəhayət Rusiya bu proseslərdə iştirakından sonra ABŞ, AB və Çin ilə qlobal balans yaradacaq məsələlərdə yeni fürsətlər əldə edəcək:

“Şübhəsiz ki, bu fürsətlərlə Rusiya postsovet məkanında fəaliyyətini daha da gücləndirəcək. Son 25 ildə ABŞ-ın Yaxın Şərq siyasəti İrana mühüm əhəmiyyət kəsb edən dividentlər qazandırıb. Son 5 ildir ki, bu prosesə Rusiya da əlavə olunub. Bu proseslər Suriya ilə başladı və Fələstin məsələsi ilə yeni bir formaya çevrilir”.

Qeyd edək ki, ötən gün Putin Suriya və Misir səfərindən sonra İstanbula gedib.

Tarix
2017.12.12 / 22:48
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla