Yuxarı

Ərdoğanın Qüds mövqeyində hansı təzad var? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qüdslə bağlı bəyanatında heç bir ziddiyyət yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Ərdoğanın dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırması Türkiyənin mövqeyi kimi qəbul edilə bilməz:

“Çünki BMT-nin qətnamələrində Şərqi Qüds Fələstinə, Qərbi Qüds isə İsrailə aiddir. Sözügedən qətnamələrdə açıq müddəalar var. Yəni qətnamələrə əsasən iki dövlət qurulmalı və Qüdsün şərqi Fələstinin, qərbi isə İsrailin olmalıdır. Bu baxımdan da Ərdoğanın Qüdslə bağlı bəyanatında heç bir ziddiyyət yoxdur və birbaşa beynəlxalq hüquq normalarına söykənir. Əgər kimsə bu normalardan xəbərsizdirsə, o zaman qətnamələrin mətni ilə tanış olmalıdır. Hətta BMT-nin Baş katibi Antonio Quttereş də bir neçə gün öncə sözügedən prinspləri yenidən təsdiqləyib. Rusiya Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımaq istəməyə bilər. Ancaq Rusiyanın özü belə Şərqi Qüdsün Fələstin torpaqları kimi tanınmasının tərəfdarıdır. Üstəlik, Rusiya Fələstinlə bağlı mövqeyini BMT-nin qətnamələrinin əsasında qurduğunu bəyan edib”.

Politoloq hesab edir ki, belə bir qarışıq vəziyyətdə son ünvan bəyanatlar deyil, Fələstinlə bağlı BMT-nin qətnamələri olmalıdır:

“Qətnamələrdə isə tərəflərə düşən ərazilər və dövlətlərin bunun əsasında qurmalı olduğu fəaliyyət açıq-aşkar göstərilir”.

Qeyd edək ki, Ərdoğan bütün dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa səsləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ərdoğanın bu mövqeyinin Rusiyanın baxışı ilə üst-üstə düşmədiyini açıqlayıb. Rusiya İsrail-Fələstin danışıqları başa çatmamış Qüdsün statusunun müəyyən edilməməsinə və gələcəkdə Qüdsün hər üç dinin müqəddəs mərkəzi olaraq açıq elan edilməsi ilə bağlı BMT qətnaməsinə tərəfdar olduğunu açıqlayıb.

Tarix
2017.12.13 / 16:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla