Yuxarı

Uşaq boğulub: Masallı prokurorluğu isə qan batırır – Şok video-fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İyul ayının 11-də "Qamo" istirahət mərkəzində baş verən hadisə ilə bağlı bir dənə də şikayət edən olmayıb. Hadisənin baş verdiyi istirahət mərkəzinin sahibini nə adla çağırım bölməyə?"

Bu sözləri Axar.az-a Masallı rayon Polis Şöbəsinin Boradigah qəsəbəsi üzrə polis sahəsinin rəisi Yaşar Göyüşov rayonunun Kubin kəndinin yaxınlığında yerləşən "Qamo" istirahət mərkəzində 10 yaşlı uşağın hovuzda boğularaq ölməsini əks etdirən video ilə bağlı açıqlama verərkən bildirdi.

Y.Göyüşöv hovuzda boğulan 10 yaşlı uşağın kimliyinin məlum olmadığını bildirsə də, uşaq Masallı rayonun Qarğalıq kənd sakini Novruzov Rauf İlkin oğludur.

Sahə rəisinin sözlərinə görə, məsələnin araşdırılmamasına səbəb də uşağın kimliyinin bəlli olmamasıdır:

"Axı bir şikayət edən adam yoxdur ki, biz bu məsələni araşdıraq. Ölənin kimliyi də məlum deyil. Bir insan belə müraciət etməyib ki, o boğulan mənim oğlumdur, qardaşımdır və ya qohumumdur. Mən də bilirəm, bu uşaq ölüb. Ancaq kimdir o, adı necədir? Mən gedib kimə deyim ki, sənin oğlun ölübsə, mən bu məsələni araşdırım. Hadisənin baş verdiyi istirahət mərkəzinin sahibini nə adla çağırım bölməyə? Ölən insanın kimliyi bəlli olsa, bir şikayət edən biri olsa, araşdırmaq olar. Mən necə deyə bilərəm mərkəzin sahibinə ki, sənin mərkəzində adam ölüb? İyul ayının 11-də baş verən hadisə ilə bağlı bir dəfə də şikayət edən olmayıb. Baş verən bu hadisəni yenidən ortaya atan oğlan bilirsə, elə onu da yazsın ki, ölən uşaq kimdir, adı nədir".

Qeyd edək ki, iyul ayının 11-də saat 18 radələrində Masallı rayonunun Kubin kəndinin yaxınlığında yerləşən "Qamo" istirahət mərkəzində hovuzda boğularaq ölən 10 yaşlı uşağın adı Novruzov Rauf İlkin oğludur. Onun hovuzda boğulduğunu əks etdirən kadrları istirahət mərkəzində dincələn insanlar lentə alıb və ictimailəşdirib.

Sakinlərin bildirdiyinə görə, Masallı rayonun Qarğalıq kənd sakini olan 10 yaşlı, Novruzov Rauf İlkin oğlunun (atası rəhmətə gedib) boğulduğu bilinəndən sonra təcili yardım maşını ilə onu qonşu Miyankü kəndinə ("Qamo" istirahət mərkəzindən ora 3 km-dir), Masallı regional təcili yardım xəstəxanasının Baş həkimi Firudin Qənbərovun evinə aparıblar. Lakin uşağın öldüyü və ona heç cür yardım etməyin mümkün olmadığını biləndən sonra meyit Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərovun evinə götürülüb. Cəlil Nəzərov həm də "Qamo" istirahət mərkəzinin sahibidir.

Daha sonra isə bu uşağa tibbi sənəd hazırlanıb, onun "qarpızdan zəhərləndiyi" qeyd olunub və ölüm faktının araşdırılmasını aparmalı olan rayon prokurorluğunda cinayət işinə beləcə xitam verilib.

Masallı Rayon Prokurorluğunun münasibətini öyrənməyə çalışırıq.

Uşağın "qarpız zəhərlənməsindən" ölmədiyini, boğulub öldüyünü və 10 yaşlı uşağın hovuzda nəzarətsiz qalmasına səbəb olan "Qamo" istirahət mərkəzinin məsuliyyət daşıdığını əks etdirən videonu təqdim edirik.

Mövzunu davam etdirəcəyik...

Tarix
2014.07.21 / 12:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla