Yuxarı

Moskva Türkiyə ilə bu planı qurmağı arzulayır, ancaq... - Sıtin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə dünya mətbuatının yaxından izlədiyi Afrin əməliyyatı, böyük güclərin bu əməliyyata münasibəti və sözügedən əməliyyatın doğuracağı nəticələr siyasi gündəmi zəbt edib.

Axar.az Rusiyanın Şimali və Şərqi Avropa ölkələri Siyasi Tədqiqat Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Aleksandr Sıtinlə bu mövzuda olan eksklüziv müsahibəni təqdim edir:

– Pentaqon YPG-ə Afrin xəbərdarlığı etdi ki, türklərə atəş açsanız, dəstəyi kəsəcəyik. ABŞ-la Türkiyə Afrin əməliyyatında gizli razılaşma əldə ediblərmi?

– Olduqca konspiroloji sualdır. Mənə elə gəlir ki, Türkiyə ABŞ-ı təhdid edir: NATO üzvü və bu üzvlüyünü qoruyacaq, həm də Rusiya Federasiyası ilə münasibətləri inkişaf etdirən, yeni silahlar alan bir dövlət olaraq. Rəsmi Moskva ABŞ-a qarşı istiqamətlənəcək Moskva–Ankara–Tehran üçlüyünün xəyalını qurur. Türkiyənin nə istədiyi ilə bağlı isə biz çox az şey bilirik, amma mən təxminən belə düşünürəm:

1. Belə bir üçlük mümkün deyil.

2. Bu “çoxvektorluluq” Türkiyə siyasətinə rəsmi Ankaranın ehtiyac duyduğu dividentləri verməyəcək. ABŞ-ın kürdləri dəstəklədiyinə də çox inanmıram. Birincisi ona görə ki, bu, ölkənin ənənəvi xarici siyasətinə ziddir. İkincisi, arada Ərdoğan faktoru var. Digər məsələ isə Türkiyənin ənənəvi düşməni olan kürd silahlılarının dəstəyidir.

3. ABŞ hazırda Rusiya Federasiyasının Suriyadakı "qələbəsinin" nəticələrini neytrallaşdırmaq, Suriyanın nəqliyyat dəhlizi üzərində nəzarəti əldə etmək və Ankaraya ciddi şəkildə qarşı çıxmamaq marağındadır. Onlar (ABŞ) kürdlərin əli ilə hərəkət edəcəklər və hətta mümkündür ki, türklərin əli ilə. Ən ideal çıxış yolu isə Rusiya ilə Türkiyə arasında qarşıdurmanın yaradılması olardı. Lakin mən hazırda belə bir vəziyyətin reallaşması üçün
potensial bir şərait görmürəm. Sizin sualınıza gəldikdə isə böyük ehtimalla söhbət qarşılıqlı susaraq razılıq əldə etməkdən gedə bilər. Hamı hər şeyi başa düşür – formal, sirli razılaşmanın yerinə.

– Afrin bundan öncə Rusiyanın nəzarət dairəsində idi. Türklərin hücumundan əvvəl ruslar bu ərazidən çəkildilər. Maraqlı məqam odur ki, kürdlər buna görə illərdir müttəfiqləri sayılan rusları xəyanətdə ittiham etdilər. Ruslar niyə məhz belə bir addım atdı? Moskva həqiqətənmi Türkiyədən böyük bir vəd alıb və ya bilmədiyimiz başqa bir məsələ var?

– Burada yalnız Rusiya Federasiyasının mövqeyini təsvir edə bilərəm.

Kreml, artıq dediyimiz kimi, Ankara və Tehranla birlik yaratmaqda çox istəklidir. Birmənalı şəkildə Moskva kürdləri satacaq. Burda hər hansı başqa bir prinsipdən söhbət gedə bilməz. Bəşər Əsəd Rusiyaya marionet kimi lazımdır – Bütün Suriya ərazisinə nəzarət edə bilmək üçün. Türkiyə rəsmi Moskvaya hər şeydən öncə Qara dəniz hövzəsinin təhlükəsizliyi üçün lazımdır. Türkiyə ilə ABŞ arasındakı real yaxınlaşma - əsasən də NATO vasitəsilə (Ukraynada müşahidə olunduğu kimi) Kreml üçün real kabusdur. Hansı kürdlərdən söhbət gedə bilər? Buna görə də Rusiya ABŞ-ın regiondakı vəziyyətin sabitliyinin pozulması üçün kürdləri dəstəklədiyi, onları silahla təmin etməsi iddialarını bayraq edir. Ən gülməlisi isə odur ki, kürdləri nə qədər silahla təmin edirsən et, əgər onlar savaşmaq istəmirsə, onları döyüşməyə məcbur edə bilməzsən. Buna görə də kürdlərin yerinə mən olsam, Moskvanın kürd milli hərəkatını dəstəkləyən sovet ənənəsinə sadiq qalacağını düşünməzdim.

Çünki Türkiyə indi kürd hərəkatına qarşı çıxmaq üçün kiminlə istəsən, müttəfiqlik edər, xüsusilə də rəsmi Moskva ilə. Beləliklə, biz görürük ki, Afrinətrafı əməliyyatlar rəsmi Moskvaya sərf edir. Əsəd yenidən Rusiyanın hərbi bazalarının dəstəyinə ehtiyac duyur. Türkiyə isə kürdlərin dəstək almaması üçün danışıqlara hazırdır. Odur ki, ya ABŞ Rusiyanın maraqlarına uyğun hərəkət edir, ya da burda nəsə yolunda getmir...

– Putin hakimiyyətdə olduğu müddətcə onun Zaqafqaziyada Rusiyanın xarici siyasətini dəyişməsi gözlənilə bilərmi? Çünki Şimal-Cənub dəmiryolu istifadəyə buraxılacaq. Bu cəhətdən Azərbaycanın tranzit ölkə olaraq rol alması Qarabağ münaqişəsinin gedişatına müsbət təsir edə bilərmi?

– Azərbaycan vasitəsilə tranzit, bəlkə də olacaq, amma hələ ki, Ermənistanın Rusiyanın birinci müttəfiqi olduğunu nəzərə alsaq, Putin Qarabağ konfliktində Azərbaycanın maraqlarını müdafiə etməyəcək. Ruslar yenidən çox sevdikləri “mədəni və tarixi” bir ictimaiyyətdən danışacaqlar. Digər tərəfdən, bu, şantaj üçün gözəl bəhanədir - əgər İrəvan Avrasiya qurumuna inteqrasiyaya arxa çevirsə və Avropaya üz tutsa: Ermənistanda bunu etməyə maraqlı olan qüvvələr var və rəsmi Moskva bunu gözəl bilir. Rusların Tehran və Bakı ilə ittifaqın qurulması üçün Cənubi Qafqazdakı bazalarını və strateji ittifaqlarını itirməsi riskini gözə almasına isə mən inanmıram ...

Tarix
2018.01.25 / 09:37
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla