Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyul 2018


“Rusiyanın zəifləməsi regionda situasiyanı dəyişə bilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün hallarda işğal məsələsinin həlli istiqamətində Minsk Qrupu ölkələrinin fərqli mövqe göstərməsi Azərbaycanın xeyrinə ola bilər".

Bunu Axar.az-a millət vəkili Fazil Mustafa Riçard Morninqstarın yeni sülh danışıqlarının ümidləri artıracağı ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, yeni sülh danışıqları prosesində Azərbaycan birbaşa Ermənistanla da məsələni həll etmək imkanı əldə edə bilər:

"Ermənistan hansısa qərar qəbul edəndə, bu, hətta sərhədlərin açılması məsələsinə də şamil oluna bilər ki, Rusiya tərəfindən heç vaxt obyektiv yanaşma olmayıb. Bu, bilinən bir məsələdir. Adətən belə məsələlərdə Rusiyanın Ermənistan üzərində təzyiqi nə qədər azalarsa, bu ölkənin də müstəqil qərar vermək imkanı bir o qədər inkişaf edə bilər. Onda isə Azərbaycanla bağlı siyasətdə dönüş yaranar. Bu isə hər iki halda nəinki Rusiyaya, eyni zamanda Ermənistana da sərf etməyən bir yanaşmadır. Ermənistanın hazırki sosial-iqtisadi vəziyyəti və maddi resurslarının kasadlığı sübut edir ki, bu dönəmdə Ermənistan tərəfi bu məsələnin gedişatı və həlli yolunda hələ çox problemlərlə üzləşəcək".

Qeyd edək ki, səlahiyyət müddəti bitən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar yeni sülh danışıqları ilə bağlı verdiyi açıqlamasında bildirmişdi ki, əslində, Rusiyanın Qarabağ probleminin həllində Ermənistana hədsiz basqısı elə qarşı tərəfin özünə də sərf edir.

Millət vəkili hesab edir ki, ATƏT-in Minsk Qrupunun iki iştirakçı dövləti olan ABŞ və Fransa yeni sülh danışıqlarının həlli dönəmində Ermənistana maliyyə və təhlükəsizlik təminatı vəd edərsə, bu, təəccüblü olmayacaq:

"Bu iki ölkədə nə qədər erməni icmasının yaşadığı hər kəsə bəllidir. Bu proses yenə də Ermənistanın Rusiyadan asılılığında heç bir dəyişiklik etməyəcək. Ancaq bütövlükdə Rusiyanın özünün zəifləməsi ölkədə yeni bir situasiyanın yaranmasına gətirib çıxara bilər. Əslində, ABŞ və Fransa da heç bir məsələdə Azərbaycanın yanında deyillər. Müəyyən məqamlarda onların konfliktdə olan bir tərəfə dəstək vermələri təəccüblü deyil. Bütün hallarda yeganə dəyişən məqam işğal məsələsində fərqli mövqelərin gözlənilməsinin mümkünlüyüdür. Problemin gedişatında bu məsələdə fərqli yanaşmalar hər halda Rusiyadan daha çox bizim faydamıza çevrilə bilər".

F.Mustafa bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentlərinin reallaşacaq görüşlərində indiyədək baş tutmayan sülh danışıqlarının yenilənəcəyini və daha konkret detallar üzrə realizəsinin ön planda olacağını vurğulayıb.

"Ancaq yenə də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında bu görüşün nə dərəcədə rol oynayacağını indidən demək çətindir", - deyə millət vəkili bildirib.

Tarix
2014.08.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın siyasi rəqqaslığı: Rusiya dözməyəcək...

Tarixi ədalət: Hələb Türkiyənin nəzarətinə keçərsə... - Şərh

Putinin Trampa "separat" təklifi: real ola bilərmi?

Konstitusiya Məhkəməsi növbəti iclasını keçirdi

Mədəniyyət naziri jurnalistləri təbrik etdi

Nüvə fəlakətinin izləri aşkar edildi: Şərabda...

"Qarabağla bağlı Fransanın mövqeyi ondan ibarətdir ki..."

Zakir Həsənov vacib tapşırıqlar verdi

Əliyevin Fransaya səfərinin xeyri... - Deputat açıqladı

Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla