Yuxarı

Türk ordusu ilə Afrinə girən kürd qruplaşması - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrində zəfərin ən dəyərli tərəfi budur ki, hücumda Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə yanaşı müsəlman kürdlərdən təşkil olunmuş “Həmzə” qruplaşması da iştirak edib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Millət vəkili vurğulayıb ki, həmin müsəlman kürdlər PKK/YPG-yə kürd xalqının adından sui-istifadə edən erməni-marksist bandası kimi baxırlar:

“Bu, türk-ərəb-kürd qardaşlığının bir həmrəylik tablosu və gələcəkdə Türkiyənin bölgəyə gətirəcəyi barışın işarəsidir. Çünki Suriya elə bir coğrafiyadır ki, bu amili heç cür diqqətdən qaçırmaq olmaz. Türk ordusunun burada uzun müddət qalmaq niyyətində olmadığı bəllidir. Bölgənin gələcək sabitliyinin təminatı üçün mütləq dini və etnik zəmində uzlaşmaya ehtiyac var. Bütün hallarda Çanaqqala zəfəri ilə Afrin zəfərinin üst-üstə düşməsi sevindiricidir. Azərbaycanda bu zəfəri sevinclə qarşılayanlara, türk ordusu üçün dualarını, sevgilərini əsirgəməyənlərə salam olsun!”

Analitik Vüqar Zifəroğlu isə bildirib ki, dünən Çanaqqalada türk ordusuna qarşı duranlar kimlər idisə, bu gün Afrində də onlardır:

“103 il bundan əvvəl 18 mart tarixində Çanaqqalada dastan yazan türk əsgəri 103 il sonra elə həmin gün Afrinə ay-ulduzlu bayrağını sancaraq, Qızıl Alma ülküsünə doğru bir addım da yaxınlaşdı”.

Qeyd edək ki, ötən gün səhər saatlarında türk ordusu Afrin şəhərini terrorçulardan təmizləyib.

Tarix
2018.03.19 / 11:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla