Yuxarı

Milli Şuranın sessiyası növbəti dəfə təxirə salındı- SƏBƏB

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın sessiyası növbəti dəfə təxirə salınıb.


Milli Şuradan bildirilib ki, sessiyanın keçirilməsi ilə bağlı müzakirələrdə fikir ayrılığı yaranıb.

Müzakirələr zamanı qurumda təmsil olunan iri təşkilatların rəhbərləri sessiyanın gündəliyi ilə bağlı məsələdə ortaq məxrəcə gələ bilməyiblər. Əsas mübahisələr Milli Şuranın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair müddəaların müzakirəsində ortaya çıxıb:

"Qurumun rəhbər strukturunda dəyişiklik edilməsi – həmsədrlik institutunun yaradılması, yaxud da Rüstəm İbrahimbəyovun istefaya göndərilməsi təklifləri Milli Şuranın rəhbərlərinin keçirdiyi yığıncaqda çözülməsi mümkün olmayıb. Qurumun noyabrın 30-da keçirilməsi nəzərdə tutulan sesiyasının baş tutmamasının kökündə də bu fikir ayrılığı dayanıb".

Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli isə AzNews.az-a açıqlamasında qurum daxilində yaranan fikir ayrılığının kəskin şəkil aldığını deməsə də, Milli Şuranın bu həftə keçirilməsi nəzərdə tutulan sessiyasının təxirə salındığını təsdiq edib. Onun sözlərinə görə, sessiyanın gələn həftə keçirilməsi nəzərdə tutulub ("Aznews.az").

Tarix
2013.11.27 / 17:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla