Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Türkiyə niyə İsrailə qarşı sərt mövqe tutur? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfirlərin, konsulların geri çağırılması və ya qovulması hələ diplomatik əlaqələrin kəsilməsi demək deyil. Diplomatik əlaqələr o zaman kəsilər ki, Türkiyə İsraildəki, İsrail isə Türkiyədəki diplomatik nümayəndəliklərini bağlasın. Hələ ki, münasibətlər bu səviyyəyə düşməyib. Amma gərginlik artan xətt üzrə davam edərsə, gələcəkdə bunu da istisna etmək olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli Türkiyə və İsrail münasibətlərində yaranan gərginliyi şərh edərkən deyib. O bildirib ki, Türkiyə ilə İsrail “Mavi Mərmərə” olayından sonra yaranmış problemləri yoluna qoyub, müvafiq anlaşma imzalasalar da, əslində, siyasi səviyyədə ciddi bir istiləşmədən danışmaq mümkün deyildi:

“Çünki Fələstin məsələsi zaman-zaman gündəmdən düşsə belə, sonradan yenidən aktuallaşıb, yəni aktuallığını heç vaxt itirməyib. Bu məsələdə Türkiyədə mövcud olan həssaslıq, əhalinin antiisrail, antiamerika əhval-ruhiyyəsi hamıya məlumdur. Fələstin problemi Türkiyədə milli məsələ səviyyəsinə yüksəlib və hökumət öz siyasətində bu amili nəzərə almaq zorundadır. Digər tərəfdən, Fələstin problemi Türkiyə hökumətinin istər regional siyasəti, istərsə də daxili siyasəti baxımından da önəmlidir”.

Politoloqun sözlərinə görə, Türkiyənin son illər Orta Şərq regionunda öz nüfuzunu, təsirini artırmağa çalışdığı məlumdur:

“Hətta Türkiyənin regionun lider dövləti, Prezident Ərdoğanın isə bölgənin lider siyasətçisi olmaq ambisiyası var. Buna nail olmaq bölgə xalqlarının simpatiyasını, sevgisini qazanmaqdan keçir. Bunun üçünsə İsrailə qarşı sərt mövqe ortaya qoymaq, Fələstinə sahib çıxmaq zəruridir. Türkiyənin İsrailə qarşı kəskin mövqe tutması buradan qaynaqlanır. Eyni zamanda, Prezident Ərdoğan İsrailə, hətta Amerikaya meydan oxumaqla ölkə daxilində millətçi-mühafizəkar kütlələri öz ətrafında səfərbər etmək məqsədini hədəfləyir. Onun İsrailə qarşı çox sərt bəyanatlarının ikinci səbəbi budur”.

Politoloq vurğulayıb ki, hazırda münasibətlər kifayət qədər gərgindir:

“Suriya məsələsində Türkiyə və İsrailin həm üst-üstə düşən, həm də fərqli maraqları var. Münasibətlərin hazırkı durumu göstərir ki, yaxın perspektivdə fərqlər, maraqların toqquşması dərinləşə bilər. Məsələn, İsrailin Suriya kürdlərinə dəstəyi artıracağı ehtimalı var. Bu dəstək həm maddi, həm də PKK-nın Suriya qolu PYD-YPG-yə müasir silahlar ötürmək şəklində ola bilər. Əslində, Türkiyə rəhbərliyi çox riskli oyun oynayır. Təminat yoxdur ki, İsrailin Suriya kürdlərinə verəcəyi silahlar PKK-nın əlinə keçməyəcək. Məsələn, PKK-ya hava hücumundan müdafiə silahları ötürülsə, Türkiyə aviasiyasının bölgədə əməliyyatlar həyata keçirməsi xeyli çətinləşəcək, bu isə PKK-nın daha sərbəst hərəkət etməsi deməkdir. Başqa təhlükəli perspektiv ABŞ başda olmaqla, dünyadakı yəhudi lobbilərinin Türkiyəyə qarşı hərəkətə keçməsi ehtimalıdır. Bu, Türkiyə üçün arzuolunmazdır. Ümid edirəm ki, Türkiyə rəhbərliyi öz addımlarının nəticələrini yaxşı hesablayaraq İsrailə qarşı siyasətində ifrata varmayacaq”.

Qeyd edək ki, 14 may tarixində fələstinlilərin qətliamına etiraz olaraq Türkiyə İsraildəki səfirini geri çağırıb və İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb. Buna cavab olaraq İsrail Türkiyənin Qüdsdəki baş konsulunu yola salıb. Cavabında Türkiyə də öz növbəsində İsrailin İstanbuldakı baş konsuluna qarşı eyni addım atıb. Tərəflər bir-birinə qarşılıqlı ittihamlar irəli sürür.

Tarix
2018.05.18 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Elmar Məmmədyarov Xəzər razılaşmasından danışdı

Türkiyədən azərbaycanlı iqtisadçının təklifinə - Cavab

Rusiya Köçəryanı niyə xilas etdi? – Şərh

Ərdoğan ən doğru qərarı verdi, ABŞ Qarabağı... - Şərh

Rusiya Paşinyana qarşı onu hazırlayır – Şərh

Xəzər Konvensiyasının ən böyük uğuru: etimad və anlayış!

Diplomatların Bakı səfəri: Nələr gözlənilir?

Xəzəryanı ölkələrin zirvə görüşü alman mediasında

Lavrov Xəzər sammitini "tam rekord" adlandırdı

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla