Yuxarı

Serjə möhtac Nikolun Qarabağ aqressiyasının səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənilmədən baş nazir olan Paşinyan parlamentdə Sərkisyanın partiyasının deputatlarının, yəni Qarabağ klanının səsinə möhtacdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Paşinyanın hakimiyyəti çox kövrəkdir:

"Səs çoxluğu ilə parlamentdə təmsil olunan Respublikaçılar Partiyası istədiyi vaxt Paşinyanın qərarlarına səs verməyə bilər. Bütün bunları bildiyindən, o, hazırda problemlə bağlı populist bəyanatlar verir, Qarabağa səfər edir, separatçı rejimin rəhbərləri ilə görüşlərdə aqressiv mövqe ortaya qoyur və s. Əgər Ermənistanda yeni parlament seçkiləri keçirilərsə və oradakı qüvvələr nisbəti indikindən fərqli olarsa, o zaman siyasətin dəyişib-dəyişməyəcəyi ilə bağlı daha rahat fikir bildirmək olar. Ancaq o zaman da Ermənistan hakimiyyətinin Qarabağ maraqlarından geri çəkiləcəyinə ümid edilməməlidir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, məcbur olmayana qədər heç kim güzəştə getmək, geri çəkilməklə bağlı düşünməyəcək".

E.Mustafayev vurğulayıb ki, gələcək günlərdə Dağlıq Qarabağ problem ilə bağlı Ermənistan tərəfindən aparılan siyasətdə indiyə qədər olduğundan fərqli mövqe gözlənilmir:

"Bu konflikt bizdə necə həssasdırsa, Ermənistanda da bir o qədər həssasdır. Zaman-zaman Ermənistanda müəyyən qrupların, əsgər analarının problemlə bağlı etirazlarını bildirdiyini görmüşük. Amma onların bir hissəsi bu müharibənin Ermənistan üçün ziyanlı, perpektivsiz olduğunu bildirirsə, digər hissəsi də işğalın hüquqi cəhətdən sona çatdırılmamasına, Qarabağa müstəqillik alınmamasına görə narazılığını bildirir. Odur ki, Paşinyan ən azı Sərkisyanın siyasətini davam etdirəcək. Ola bilsin ki, fərqli taktika və üsullar seçilsin, amma problemə yanaşmada bir yenilik hələ ki, olmayacaq".

Ekspert qeyd edib ki, məsələnin həll olunması ilə bağlı indiyədək ABŞ-ın, Avropa Birliyinin çoxsaylı çağırışları olub:

"Ancaq mən bunları növbətçi bəyanatlar kimi dəyərləndirirəm. Tək Türkiyə bu məsələ ilə bağlı indiyədək əlindən gələn hər şeyi edib. Amma görünür ki, bu da yetərli deyil. Çünki ortada problemin müəllifi olan Rusiya faktoru var. Ermənistanın bu məsələdə geri çəkilməsi ya Rusiyanın təkidli tələbi ilə, ya da əlini onun üzərindən götürməsi ilə baş verə bilər. Bunun üzərində işləməklə problemin sülh yolu ilə həllinə nail olmaq olar. Eyni zamanda, məsələnin hərb yolu ilə həlli mövcuddur ki, bu da bizim üçün həmişə gündəmdə olmalıdır. Ərazisi işğala məruz qalan ölkə kimi bu yoldan istifadə etmək hüququmuz həmişə var".

Tarix
2018.05.28 / 10:48
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla