Yuxarı

Vəliyevə güllə atanı kim milli qəhrəman qayırır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Vəliyevə sui-qəsd cəhdi hazırda ölkə gündəmini zəbt edib. Məni ən çox narahat edən isə ötən gün E.Vəliyevin qardaşının insanların bunu toy-bayram kimi qəbul etməsini deməsi, qətlə cəhd edən Yunisdən milli qəhrəman düzəldildiyi barədə sözləridir.

Əlbəttə, əgər doğrudan da bu “toy-bayram” kütləvidirsə, Elmar Vəliyevin mənəvi ölümündən danışa bilərik. Yaşadığı, təmsil etdiyi xalqın nümayəndələri məmurun vurulmağına sevinirsə, bu, ilk növbədə məmurun, sonra isə vətəndaşın faciəsidir. Elmar Vəliyev kimisə təhqir edibsə, hətta incidibsə, çox böyük səhv edib. Ancaq...

Ancaq heç bir təhqir, tənqid və s. kiminsə öldürülməsi cəhdinə əsas vermir. Gah deyirlər İmam Hüseyni söyüb, gah deyirlər, ona qəsdə cəhd edən Yunis Səfərovun bacısını... Səbəbindən asılı olmayaraq, kimisə cəzalandırmaq üçün onu öldürmək orta əsr təfəkkürüdür.

Yanlışlara qarşı sivil mübarizə üsulları var:

1. Vəliyevin söyüş söyərkən çəkilmiş videosunu və ya səs yazısını sosial şəbəkələrdə, Yutubda yaymaqla bu olayı kütləviləşdirmək, ictimai qınaq formalaşdırmaq.

2. Əldə olan dəlillər əsasında aidiyyəti orqanlara şikayət göndərmək.

3. Şəhərin ziyalılarının dövlət qurumlarına müraciəti və ya lokal aksiyası...

Əgər doğrudan da Elmar Vəliyev söyüşcülsə və kimlərinsə izzət-nəfsinə toxunursa, onları aşağılayırsa, 7 ildir hardasınız?

Texnolojiya o qədər inkişaf edib ki, indi nəyisə ört-basdır etmək mümkün deyil. Hanı Elmar Vəliyevin etikadankənar hərəkətlərini təsdiqləyən video-yazılar? Yəni doğrudanmı adam 7 ildir hamını təhqir edir və hamı oturub gözləyir ki, Yunis adlı bir cinayətkar ortaya çıxıb, atəş açsın, bunlar da ondan “qəhrəman” qayırsınlar?

Təhqir olunanlar niyə sivil qaydada mübarizə aparmayıblar?

Allah harda buyurub ki, sizi söyənləri öldürün? Quranın hansı ayəsində var ki, latayır danışanı qətlə yetirin?

“Allahsız”, “etikasız” dediyiniz məmura və yaxud hansısa insana qarşı silahlı hücum İŞİD zehniyyətidir. Hələ utanmadan buna alibi qazandırmaq üçün “İmam Hüseynin qisasını alıb” kimi əbləh bir tezis də gündəmə gətiriblər.

Dindarlar sevinirmiş. Dindarlar nə deyib sevinirlər? Aşura günü konyak festivalı keçirdiyi üçün Elmar Vəliyevə qəzəblidirlər? Bəs, siz 1400 il əvvəlin qətliamına görə yolları bağlayıb, özünüzü zəncirləyəndə kimlərinsə haqqına girdiyinizin fərqində olmursunuz?

İki gün ardıcıl bir neçə saatlıq işıq kəsildi, insanların içməli soyuq suya tələbatı yarandı. İmkansızı, ehtiyacı olanı vardı. Özlərini İmam Hüseyn yolunda zəncirləyib, İmam Hüseyn yolunda məmura güllə atanı alqışlayanlar İmam Hüseyn yolunda bircə butulka su alıb, alışıb-yanan kiməsə ehsan etdilərmi? Nə qədər “həcü-meşədü” sahibkar fürsətdən istifadə edib, suyun qiymətini qaldırdı?

Müqayisə etmisinizmi?

Bəzən, insan hansı ölkədə, hansı təfəkkür sahibləri arasında yaşadığını görəndə dəli olmaq dərəcəsinə gəlir. Siz bu təfəkkürlə cəmiyyəti hara sürükləyirsiniz? Nəyə nail olmaq istəyirsiniz?

Tarix
2018.07.06 / 14:09
Müəllif
Vəli Hüseyn
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla