Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2018


Azərbaycanı hədəf alan saytlar... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycan əleyhinə fəaliyyət göstərən “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” və digər bir sıra saytların böyük əksəriyyəti İran və Rusiya yönümlüdür və onların domenləri də elə həmin ölkələrə məxsusdur.

Bunu Axar.az-a xarici ölkələrdən idarə olunan bir sıra saytların Azərbaycan əleyhinə fəaliyyəti haqda danışan millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, sözügedən saytlar açıq-aşkar Azərbaycan dövlətini və ölkənin ayrı-ayrı siyasətçilərini hədəfə alıblar:

“Bu məsələni dəfələrlə qaldırmışıq. Diqqət etsəz, “Nuraz.com”, “Abna.com”, “Aran.news”, “Qafqaz.ir”, “Rasthaber.com”, “Ru-clip.ru” və digər bir sıra saytlar birbaşa ölkədəki siyasətçilərin əleyhinə fəaliyyət göstərir, müxtəlif təxribat xarakterli materiallar dərc edirlər. “Nuraz.com” saytında şəxsən mənim əleyhimə də təxribat xarakterli yazılar dərc olunub. Təbii ki, bunların hamısı məqsədyönlü şəkildə edilir. Məqsəd isə son məsələlərlə bağlı prinsipial mövqeyimizi önləməkdir. Bu da bizim dövlət və milli maraqlarımıza ziddir. Sadalanan saytlardan əlavə, “İslamınsəsi”, yaxud da islam adı ilə təqdim olunan saytlar loqolarına zahirən Azərbaycanın gerbini vursalar da, onlar birbaşa xarici ölkələrdən alınan təlimatlar əsasında fəaliyyət göstərirlər. Bu saytlarda dərc olunan yazılar daha çox Azərbaycanda dini qarşıdurmanın gücləndirilməsinə xidmət edir, hansısa bir cinahın, xüsusilə də qonşu ölkələrin maraqlarını təmsil edir”.

Millət vəkili vurğulayıb ki, həmin saytlara qarşı müəyyən addımların atılması və tədbirlərin görülməsi çox vacibdir:

“Əslində, bu saytlara qarşı tədbir görməkdə bir qədər gecikmişik. Çünki onlar Azərbaycanda kifayət qədər təxribat xarakterli fəaliyyət göstəriblər, kök salıblar. Ona görə də hesab edirəm ki, bu istiqamətdə daha prinsipial çalışmalara ehtiyac var. Təəssüf ki, bizdə buna ikinci dərəcəli məsələ kimi baxılır. Zənnimcə, daha sonrasında bunun ağır nəticələrini görməmək üçün bu istiqamətdə ciddi düşünmək lazımdır”.

F.Mustafa qeyd edib ki, sözügedən saytların apardığı antiazərbaycan təbliğatı Azərbaycan ictimai rəyinə təsirsiz ötüşmür:

“Bunu adi bir məsələ kimi qiymətləndirmək doğru deyil. Çünki həmin təbliğat bilavasitə ictimai rəyə təsir göstərmək üçün düşünülüb və o saytların əsas xidməti də məhz buna yönəlib”.

Həmin saytların Azərbaycandakı radikal dindarlarla birbaşa əlaqələrinin olduğunu deyən deputat onların açıq şəkildə ölkəmiz əleyhinə fəaliyyət göstərdiklərini qeyd edib:

“Həmin qüvvələrin qapalı şəkildə fəaliyyət göstərənləri də var. Məsələn, “İslamınsəsi” və islam adı ilə fəaliyyət göstərən saytları buna nümunə göstərmək olar. Onlar guya bu təbliğatı Azərbaycan məkanından aparırlar. Ancaq bütün təxribatçı materiallar birbaşa başqa ölkələrdən Azərbaycana ötürülür və burada dərc olunur. Həmin saytlar Gəncə və Mingəçevir hadisələri zamanı qızışdırıcı xarakterli materiallar dərc edərək iğtişaşa çağırış etdilər, olayların Azərbaycanın dövlətinin maraqlarına ziddi şəkildə təqdim olunmasına çalışdılar. Onlar həmişə bu məqsədlə fəaliyyət göstəriblər. Bu baxımdan da çox vaxt itirmədən onların təxribat xarakterli fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”.

Tarix
2018.07.12 / 14:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Fransız nəşrindən Qarabağ məqaləsi: Vaxtıdır!

Bu qədər insanın Aşurada qan verməsi... - Millət vəkili

Nikolun yalvarışı: Makron onu bu sözlə başından etdi

İrəvan informasiya savaşında da Bakıya uduzur - Martirosyan

İordaniya nəşri Qarabağdan yazdı: Türkiyənin Bakıya dəstəyi...

Paşinyan ölkəni xaosa sürükləyir - Analitik

Paşinyan dünyaya sübut etdi ki, Bakı müharibə etməlidir – Şərh

Qətlə yetirilən Etimad İsmayılovun qalmaqallı - Həyatı

Ərdoğan və Putindən dünyaya möhtəşəm mesaj – Ekspert

Ordumuzun bir neçə gün öncəki ağır zərbəsi... – Millət vəkili

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla