Yuxarı

Almaniyada yaşayan azərbaycanlılarla görüş... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Almaniyanın qərb bölgələrində yaşayan azərbaycanlılar və buradakı diaspor təşkilatlarının rəhbərləri, eləcə də ölkənin qərb bölgələrində təhsil alan azərbaycanlı gənclərlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyaları ətrafında birləşmək imkanlarından, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Komitə sədri onların qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. Diqqət mərkəzində olan məsələlərdən biri bu ölkədə yaşayan ailələrin uşaqları üçün Azərbaycan dili məktəblərinin açılması olub. Tədbirdə komitənin yeni yazılmış himni səsləndirilib, yeni loqo, ilk dəfə yaradılan infoqrafik diaspor xəritəsi və qurumun yenilənmiş saytı barədə məlumat verilib.

Səfər çərçivəsində mühüm görüşlərdən biri də Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı iş adamları ilə keçirilib. Toplantıda Almaniyadakı azərbaycanlı iş adamlarının fəaliyyəti, “Made in Azerbaijan” brendinin tanıdılması, iş adamlarının ölkəmizdə biznes maraqlarının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib. Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması və biznes forumun keçirilməsi təklifləri maraqla qarşılanıb. İş adamları yeni biznes platformasının və resurs mərkəzinin yaradılmasını təklif ediblər.

Fuad Muradov yeni təşəbbüslərin olmasının, sosial-mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq görüş iştirakçılarını əmin edib ki, onların təşəbbüsləri, təklifləri qiymətləndiriləcək, heç bir diaspor təşkilatı və heç bir insan diqqətdən kənarda qalmayacaq, gənclərin diaspor fəaliyyətinə cəlb olunması üçün mümkün addımlar atılacaq. Komitə sədri diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə - lobbiçilik fəaliyyətinə keçməsinin gerçəkləşdirilməsi yolunda da mühüm planların olduğundan bəhs edib.

Tarix
2018.07.16 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla