Yuxarı

İordaniya nəşri Qarabağdan yazdı: Türkiyənin Bakıya dəstəyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniyanın geniş oxucu kütləsinə malik rəsmi “Ər-Ray” dövlət qəzeti “Ərdoğan: Qarabağ probleminin həlli Ermənistanla əlaqələrin yaxşılaşmasının şərtidir” adlı geniş məqalə dərc edib.

Azərbaycanın İordaniyadakı səfirliyindən Azərtac-a bildiriblər ki, məqalədə 1918-ci ildə Nuru paşanın komandanlığı altında Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə apardığı gərgin döyüşlərdən sonra Gəncə, Salyan, Ağsu, Kürdəmir və Şamaxı kimi strateji əhəmiyyətli ərazilərin və Bakı şəhərinin erməni-bolşevik işğalından azad edildiyi vurğulanır, 2018-ci il sentyabrın 15-də paytaxtımızın Azadlıq meydanında Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına xüsusi yer verilir.

Məqalənin əvvəlində R.T.Ərdoğanın “Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir” fikrini diqqətə çatdıran müəllif Türkiyə Prezidentinin aşağıdakı sözlərini sitat gətirir: “Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir”.

Prezident R.T.Ərdoğanın “Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur” fikrini oxucusuna təqdim edən müəllif 1992-ci il fevralın 26-da erməni ordu birləşmələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqqında məlumat verir, bu qanlı cinayət nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 dinc müsəlman sakinin qətlə yetirildiyini, 487 nəfərin yaralandığını, 1275 nəfərin girov götürüldüyünü və 150 nəfərin itkin düşdüyünü vurğulayır. Qeyd edir ki, Dağlıq Qarabağ 1992-ci ildə Ermənistan tərəfindən işğal edilib və o vaxtdan həmin ərazilər separatçı qüvvələrin nəzarətindədir.

Məqalədə Prezident R.T.Ərdoğanın aşağıdakı sözləri də sitat kimi təqdim olunur: “Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. Ankara müstəqilliyinin ilk dövrlərindən başlayaraq qardaş Azərbaycana əlindən gələn hər cür dəstəyi göstərib və bu gün Türkiyə Azərbaycanın ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır.

Müəllif qeyd edir ki, Türkiyə Prezidenti 1918-ci il sentyabrın 15-də şahid olduğu müharibənin, Nuru paşanın və əsgərlərinin minlərlə kilometr uzaqdan Azərbaycana köməyə gəlmələrinin əsla adi bir hadisə olmadığını vurğulayıb.

Məqalədə Türkiyə Prezidentinin hazırda iki ölkə arasında mövcud olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP kimi nəhəng müştərək layihələrə toxunduğu qeyd edilir və “Türkiyə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Gələcəkdə bizi daha böyük vəzifələr gözləyir” fikri sitat kimi verilir.

Tarix
2018.09.20 / 21:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla