Yuxarı

Bu ölkə mediası parlamentimizlə bağlı məqalə dərc etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də Bakıda keçirilmiş Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli tədbir haqqında məlumatlar Monteneqronun ictimai radio və televiziya xidmətinin və geniş oxucu kütləsinə malik olan cdm.me internet səhifələrində işıqlandırılıb.

Axar.az xəbər verir ki, məqalələrdə tədbirdə iştirak edən nümayəndələr ilə yanaşı, Monteneqro Parlamentinin sədr müavini, Azərbaycan üzrə dostluq qrupunun sədri Genci Nimanbequnun ölkəmizə səfəri barədə də məlumat verilir.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə yer verilib, parlamentin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki, sürətli inkişafının təmin edilməsindəki rolundan, Azərbaycanın sülh, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərini bölüşən bütün dövlətlərlə əməkdaşlığa hazır olmasından söhbət açılıb.

Bildirilib ki, tədbirdə çıxış edən Monteneqro Parlamentinin sədr müavini Genci Nimanbequ Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xoş sözlərini çatdırıb. O, Azərbaycanın demokratik dövlət olduğunu, ölkəmizdə iqtisadi tərəqqinin və insan kapitalının inkişafına xüsusi önəm verildiyini deyib, həmçinin respublikamızın beynəlxalq aləmdə artan nüfuz və rolundan danışıb. Azərbaycan ilə Monteneqro arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan G.Nimanbequ parlamentlərarası əməkdaşlığın ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd edib.

Məqalələrdə, həmçinin G.Nimanbequnun ölkəmizə səfəri çərçivəsində Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Monteneqro parlamentlərarası işçi qrupunun rəhbəri İqbal Məmmədov ilə görüş keçirdiyi və iki ölkə arasında parlamentlərarası əlaqələrin perspektivlərinin müzakirə edildiyi bildirilir.

Tarix
2018.09.24 / 21:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla