Yuxarı

Oğlunu Qarabağa göndərib, Bakıdan sülh istəmək…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehriban Əliyevanın humanistliyi, sülhpərvərliyi, xalqını, millətini dərindən sevməsi, şəhid ailələrinə, analarına qoyduğu hörmət bütün dünyaya məlumdur. Anna Akopyan heç vaxt Mehriban xanımın yolu ilə gedə bilməz.

Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Avrasiya Qadın Forumunda Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısının alınması üçün Ermənistan və Azərbaycan qadınlarının səylərinin birləşdirilməsi ilə bağlı çıxışına münasibət bildirən eks-millət vəkili Həvva Məmmədova deyib. O bildirib ki, 30 ildir gedən bu müharibə nəticəsində 1 milyondan çox qaçqınımız, 20 mindən çox şəhidimiz, minlərlə yaralımız, qazimiz var:

“Anna indi oyanıb?! Görünür, Anna başqa bir planetdən gəlib. Anna nəinki Azərbaycanda, eləcə də Ermənistanda baş verən proseslərdən xəbərsiz, naşı, qadına yaraşmayan bir üz ortaya qoyur. Ondan soruşmaq lazımdır ki, Azərbaycana aid olan o ərazilərdən köçkün düşmüş, evi yandırılmış, şəhid vermiş insanların taleyi sizi heç düşündürürmü?! Hələ utanmadan, çəkinmədən sülhlə bağlı bir təşkilat yaradaraq, Azərbaycan analarına, Mehriban xanıma müraciət ünvanlayır. Bu onun nəinki Azərbaycana, eyni zamanda, dünyaya özlərini “sülhpərvər” xalq kimi sırımaq cəhdidir. Paşinyanın nüfuzunun getdikcə aşağı düşməsi, xalqa verdiyi vədlərin heç birini yerinə yetirə bilməməsi, bu gün Ermənistanda getdikcə xaosun, anarxiyanın baş alıb getməsi, insanların Ermənistandan köçməsi, 90-cı illərdən bu yana heç bir iqtisadi irəliləyişin olmaması onların bu cür maskalanmış addımlar atmasına səbəb olur. Buna görə də Paşinyan artıq Qarabağ kartından istifadə etməyə başlayıb”.

H.Məmmədova qeyd edib ki, Ermənistanda baş verən böhranın qarşısını almaq üçün Qarabağ kartından istifadə edən Paşinyanın həyat yoldaşı “sülh çağırışçısı” kimi gündəmə gəlmək istəyir:

“İndi sual oluna bilər ki, sülh çağırışları edən Akopyan niyə oğlunun Azərbaycan torpaqlarında hərbi xidmət keçməsinə razı olub?! Heç onun oğlunun orada əsgərlik çəkdiyi də şübhə altındadır. Bunlar hamısı boş cəfəngiyyatdır. Əgər o, sülhə bağlı, sülhpərvər biri olsaydı, öncə Azərbaycan qadınlarından Xocalıda baş verən hadisələrə, Qarabağda törədilən vəhşiliklərə görə üzr istəyərdi. Onun sülh yaratmaqla bağlı cəhdi dünya ictimaiyyətinin gözündən pərdə asmaq, Ermənistanda baş verən hadisələri ört-basdır etmək, insanların başını qatmaq üçündür”.

H.Məmmədova vurğulayıb ki, sülh ölkəsi Azərbaycandır:

“Azərbaycan qadını, dövləti hər zaman sülhpərvər missiyasını ortaya qoyub. Biz heç kəsin torpağına göz dikməmişik, heç bir qarış ərazini də işğal etməmişik. İşğalçı da, qətliamlar, soyqırımlar törədən də Ermənistandır. Ərazi bütövlüyümüzün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması şərti ilə biz sülh yolunu seçmişik. İstəsələr, Azərbaycanda bizlə yaşayarlar, istəməsələr, çıxıb gedərlər. Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Bu gün Ermənistanda vəziyyət kritik bir həddə çatıb. İqtisadiyyatın getdikcə zəifləməsi aclıq, səfalət öz üzünü göstərir. Belədə, “sülhpərvərlik” yadlarına düşür…”
Sabiq deputatın sözlərinə görə, Ermənistanda artıq hərbi xidmətə çağırmaq üçün yetərincə gənc tapılmır:
“Hər gün ermənilər tərəfindən atəşkəs pozulur, sərhədlərdə dinc insanlara atəş açılır. Bu gün sərhəd rayonlarımızda yaşayan insanlarımız gülləbaran edilir, onlar sərbəst təsərrüfat işləri ilə məşğul ola bilmir, meşələrimiz yandırılır. Bunları görə-görə Anna Akopyan hansı sülh missiyasından danışa bilər?!”

Tarix
2018.09.25 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla