Yuxarı

Qaşıqçı niyə nümayişkaranə qətlə yetirildi - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öncə ona diqqət çəkmək lazımdır ki, Camal Qaşıqçının konsulluqda öldürülməsi bu şəkildə olan cinayətlərin ən amansızıdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, eyni zamanda cinayəti törədənlərin özlərini rahat aparmaları cəzasız qalacaqlarını bilməsindən qaynaqlanıb:

“Hesab edirəm ki, Qaşıqçının ağlına belə gəlməyib ki, giriş-çıxışı nəzarətdə olan bir konsulluğun içində nəsə baş verə bilər. Həmçinin nişanlısının konsulluğun qarşısında gözləməsi faktını nəzərə alsaq, bu arxayınlıq daha da artır. Məlumdur ki, Qaşıqçının İstanbulda oturum izni olub. Amma nikah məsələsində ola bilsin elə bir problem yaranıb ki, o, konsulluq vasitəsilə bunu həll etmək istəyib. Oturum izni hələ vətəndaşlıq demək deyil və çox güman ki, elə vətəndaşlar bəzi məsələri konsulluq vasitəsilə həll etməyə məcburdur”.

Ekspert Qaşıqçının qətlinin konsulluqda olmasının Səudiyyə dövləti səviyyəsində bir əməliyyat ola bilməsi ehtimallarına da münasibət bildirib:

“Bu, dövlətin içində olan hansısa qollar tərəfindən hazırlanmış bir aksiyadır. Hamıya məlumdur ki, belə cinayətin törədilməsi birbaşa dövlətin adına yazılacaq bir hadisədir. Deməli, Səudiyyə hakimiyyətinin içində bir-biri ilə kəskin rəqabətdə olan güclər mövcuddur ki, onlardan biri və ya bir neçəsi birgə bu əməliyyatı həyata keçirtməklə əslində düşünülmüş şəkildə kimləri isə zərbə altına qoymağı qarşılarına məqsəd qoyub”.

Ekspertin sözlərinə görə, Qaşıqçını istənilən yerdə qətlə yetirmək dövlət səviyyəsində elə də çətin deyildi:

“Və bu şəkildə rezonas doğurmayacaqdı. Lakin niyə nümayişkaranə şəkildə, konsulluğun içində qətlə yetirilib?! Əsas araşdırılası məsələ budur. Burada kimin günahkar olub-olmamasından asılı olmayaraq, Səudiyyə Ərəbistanı bu cinayətə görə əsas məsuliyyyəti daşıyandır. Türkiyənin tam haqqı var ki, ondan bütün səviyyələrdə hesab tələb etsin və cavabını istəsin. Bu da arada olan münasibətlərə kifayət qədər təsir edə bilər. Əgər rəsmi Ər-Riyad yalnız cinayətin icraçılarını deyil, sifarişçilərini obyektiv şəkildə müəyyən edib məsuliyyətə cəlb edəcəksə, o zaman üzərində olan bu ləkəni yuya bilər. Əks halda bu qətl ilk növbədə Türkiyə dövlətinə qarşı törədilmiş çirkin bir plan kimi qəbul edilməlidir və Türkiyə bunun hesabını bütün ciddiliyi ilə Səudiyyədən tələb etməlidir.

Əlbəttə, hadisələrin necə inkişaf edəcəyini çox yaxında izləyə biləcəyik".

Tarix
2018.10.22 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla