Yuxarı

İrəvan seçki ərəfəsində cəbhədə vəziyyəti gərginləşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı separatçı rejimdə hərbi təlimlərin keçirilməsi bütün hallarda cəbhə xətti boyunca vəziyyəti gərginləşdirir.

Bu sözləri Axar.az-a politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ərəfədə qondarma rejimdə 6 noyabrda hərbi təlimlərə başlanılıb:

“Ayın 10-na qədər davam edəcək hərbi təlimlərdə silahlı qüvvələrin qarşılıqlı fəaliyyətinin koordinasiyası və digər hərbi parametrlər yer alır. Əlbəttə, bu hərbi təlim və bundan əvvəlki hərbi təlimlər hər zaman gərginliyə səbəb olur. Qondarma rejimin hərbi helikopterinin də hərbi təlimlər zamanı Azərbaycan Ordusu tərəfindən vurulduğunu xatırlasaq, bu cür təlimlər zamanı əsəblərin tarıma çəkildiyini müşahidə etmək mümkündür. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan arasında Düşənbədə baş tutan ayaqüstü söhbətdə cəbhə xəttində gərginliyin azaldılması və atəşkəs rejiminə əməl edilməsi məsələləri müzakirə edilmişdi. Amma Ermənistan mütəmadi olaraq atəşkəs rejimini pozur və gərginliyi artırır”.

Politoloq vurğulayıb ki, Azərbaycan Ordusu işğal altında olan bölgədə qondarma rejimin keçirdiyi hərbi təlimləri diqqətlə izləyir və qarşı tərəfin manevralarını tədqiq edir: “Hər hansı arzuolunmaz bir hərəkət zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyə hazırdır”.

Qeyd edək ki, 6 noyabrda Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri hərbi-taktiki təlimlərə başlayıb.

Tarix
2018.11.10 / 09:47
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla