Yuxarı

Demokratların əks-hücum planı: Trampa qarşı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqresdə çoxluğu əldə edən demokratların Tramp Administrasiyasına qarşı əks-hücum planlaşdırdıqlarına şübhə yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Tofiq Abbasov deyib. Politoloq ABŞ-da seçkidən sonra Tramp Administrasiyası ilə demokratlar arasında qarşıdurmanın gərginləşəcəyini bildirib:

“Demokratlar həllini gözləyən bir sıra ciddi məsələləri, xüsusilə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini özlərinin öncül siyasətinin tərkib hissəsinə çevirəcək və Trampın impiçmentində israrlı olacaqlar. Düzdür, Trampın seçkilərdə Senat səviyyəsində üstünlüyü qoruyub saxlaması bir qədər ona yüngüllük gətirir. Ancaq aşağı palatanın bütövlükdə demokratların ixtiyarına keçməsi, Trampın seçkidən dərhal sonra demokratların parlament sistemindəki rəhbərini təbrik etməsi və onunla çox mülayim tonda danışması onu göstərir ki, ABŞ prezidenti rəqib qüvvələrlə həm hesablaşır, həm də bir qədər onlardan çəkinir”.

Politoloq qeyd edib ki, ABŞ-da hər şey demokratların fəaliyyətinin ana xəttindən və onların diqqət mərkəzində saxlayacaqları məsələlərin gündəliyindən asılı olacaq:

“Bu, Tramp Administrasiyası, ABŞ siyasətçiləri və siyasi establişment üçün çox böyük əhəmiyyət kəsb edir. Hər iki tərəf seçkilərin nəticələrini səbirsizliklə gözləyirdi. Tramp maksimal dərəcədə səs vermələrdən yararlanmağa və mövqelərini zəifləməməsinə çalışsa da, bu alınmadı”.

Tarix
2018.11.10 / 12:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla