Yuxarı

İrəvan böyük uğursuzluqla üz-üzə qaldı – Sərkisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT baş katib vəzifəsinin itirilməsi Ermənistan üçün uğursuzluqlar vəd edir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan Respubliçaçılar Partiyası Şurasının toplantısından sonra mediaya açıqlamasında deyib. O bildirib ki, hakimiyyət 6 dekabrda keçiriləcək iclasda baş katib yerini qorumaq üçün hər şeyi etməlidir:

“Əgər baş katib postunu əldən çıxarsaq, bu, böyük uğursuzluq olacaq”.

Onun sözlərinə görə, bu cür risklər Yuri Xaçaturova qarşı atılan addımlarda nəzərə alınmalı idi.

Sərkisyan keçmiş hökumətin KTMT və Avrasiya İqtisadi Komissiyasında rəhbər postu əldə etmək üçün çoxlu güc sərf etdiyini, bunun nəticəsində İrəvanın böyük üstünlük qazandığını vurğulayıb:

“Hesab edirəm ki, hər kəs Qarabağ müharibəsindən keçmiş bir generalın KTMT baş katibi təyin olunana qədər necə təzyiqlər olduğunu anlayır”.

V.Sərkisyan həmçinin RP-nın seçki siyahısına rəhbərlik edəcəyini bildirib.

Qeyd edək ki, KTMT baş katibliyi ilə bağlı məsələ 8 noyabrda Astanada müzakirə edilib. Paşinyan 2020-ci ilə qədər baş katiblik postunun Ermənistana aid olduğunu əsas gətirərək, Xaçaturovun yerinə digər namizəd irəli sürüb. KTMT ölkə liderləri isə buna qarşı çıxıb və rus əlifbasına uyğun olaraq, baş katib növbəsinin Belarusa çatdığını bildiribər.

Belarus artıq namizədini də irəli sürüb.

Yekun qərar 6 dekabrda Sankt-Peterburq sammitində veriləcək.

Tarix
2018.11.12 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla