Yuxarı

“Gürcü kralı” Saakaşviliyə uduzur - Tomas de Vaal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun analitiki, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın “Caucasus Watch” nəşrinə Gürcüstanla bağlı müsahibəsini təqdim edir:

- Ötən il Gürcüstan Şengen vizasına giriş əldə edib. Gürcüstan NATO-nun hərbi müdafiəsi olmadan bu yolla hərəkətini davam etdirməyə və Avropa Birliyinə daha çox inteqrasiya etməyə nail olacaqmı?

- Prinsipcə, hə! NATO-ya üzvlük Gürcüstanın inkişafı üçün elə də vacib deyil. AB ilə yaxın münasibətlər və iqtisadi aspect, məncə, daha vacibdir. Mən 2008-ci ildən sonra Rusiyanın Gürcüstan üçün ciddi təhdid olduğunu hesab etmirəm və düşünürəm ki, hazırda Moskvanın Gürcüstana qarşı aqressiv planları yoxdur. Rusiyanın Gürcüstanın NATO-ya qoşulmasını istəmədiyi aydındır, ancaq Moskva Tiflisdə dost rejim olmasının tərəfdarıdır. Gürcüstana Rusiyadan hərbi təhlükə olduğu vaxtlar artıq keçmişdə qalıb. Gürcüstan ABŞ-la qarşılıqlı yaxın münasibətlər qurmaqla bu suala NATO olmadan cavab tapdı. Təlimlər hesabına Pentaqon gürcü ordusunun peşəkarlığını yeni səviyyəyə qaldırdı. Bu yolla Gürcüstan NATO barədə böyük narahatlıq keçirmədən, yəqin ki, bir sıra vacib məsələlərdə inkişafa nail olacaq.

- Ekspertləri çox narahat edən Baltika, Ukrayna və Moldova kimi bir sıra regionlar var. Bu barədə nə deyə bilərsiniz?

- Yaxınlarda Rusiyada Qafqazdakı məsələlərə həsr olunmuş dəyirmi masada iştirak etdim. Məndə belə bir təəssürat yarandı ki, hazırki məqamda Qafqaz Rusiya üçün prioritet təşkil etmir. Gürcüstanla bağlı heç kim danışmır. Hər kəsi əsasən Ukrayna və ABŞ, həmçinin Böyük Britaniya narahat edir. Bu gün Gürcüstana qarşı təhdidlər on il bundan öncəki ilə müqayisə edilə bilməz.

- Siz İvanişvilinin müxalifəti yenidən canlandırdığı və lideri ola biləcəyi Gürcüstanda qeyri-formal hakimiyyət probleminə də toxunmusunuz. Gürcüstan qeyri-formal hakimiyyət şəklindəki maneəni aşa biləcək? Siz kitabınızda “Açıq Gürcüstan”la “Qapalı Gürcüstan” arasında münaqişə barədə də yazmısınız.

- Gürcüstanda nəticələri hələlik məlum olmayan çox ciddi mübarizə gedir. Əlbəttə, gürcü institutları əvvəlkindən güclüdür, ancaq son 15 ildə ölkədə əvvəlcə Saakaşvili, daha sonra İvanişvili kimi böyük şəxsi nüfuz sahibi iki lider olub. İvanişvili Gürcüstanın qeyri-rəsmi kralı olaraq qalır. Bununla belə, prezident seçkilərinin ilk raundunda İvanişvili uğursuzluqla üzləşdi. O, uyğun namizəd olmadığı aydın olan Zurabişvilini şəxsən namizəd seçdi. Ekspertlər onun ilk raundu udacağını ehtimal edirdilər, ancaq alınmadı. Müxalifətin namizədi Vaşadze isə ikinci raundun favoriti sayılır. Bu, gürcü siyasətinin hələ də sağ olduğunu və ictimaiyyətin hələ də kifayət qədər fəal olduğunu göstərir. Gürcülər monopoliya və hakimiyyətin sui-istifadəsi hesab etdikləri hallar qarşısında səfərbər ola bilirlər. Mənim üçün bu, müsbət göstəricidir.

- Öz kitabınızda Cənubi Osetiya və Abxaziyanın taleyi barədə yazmısınız. Əgər bu ümumiyyətlə mümkündürsə, dalandan çıxmaq üçün nə etmək mümkündür?

- Təəssüflər olsun ki, uzun illər ərzində bir çox imkanlar əldən verilib. Hazırda Cənubi Osetiya Gürcüstanın qalan hissəsindən ayrıdır. Onun əhalisinin sayı 30 mini keçmir. Abxaziyada isə məsələlər daha maraqlıdır. Son 10 ildə biz burada güclü təcrid və Rusiyadan getdikcə artan asılılıq müşahidə edirik. Bu vəziyyət heç kimin - nə gürcülərin, nə abxazların, nə də Abxaziyaya yardım üçün heç də az vəsait ödəməyən rusların mənafeyinə uyğun gəlir. Bəs vəziyyəti dəyişmək üçün nə etmək olar? Mənim yeganə məsləhətim Abxaziyanın taleyində daha çox beynəlxalq iştiraka nail olmaqdan ibarətdir. Bu qarşılıqlı fəaliyyət dövlət tanınmadan da həyata keçirilə bilər, lakin səhiyyə, ətraf mühit və təhsil sistemində beynəlxalq yardımların verilməsi başlanğıc olacaqdır. Abxaziyada bunlar mümkün olacaqmı və ya ümumiyyətlə, abxazlar bunu qəbul edəcəkmi, bax, bunu görmək maraqlı olacaq. Avropa daha yaxşı təhsil və səhiyyə xidmətləri təklif edə bilər. Həmçinin ticarət sferasında da qarşılıqlı fəaliyyət təklifi mümkündür. Gürcüstanla sərhədlərdən aparılan ticarətin böyük əhəmiyyəti olardı. Bu vəziyyətə müsbət təsir edə biləcək yeganə vasitədir. Abxaziyanı izolyasiyadan çıxarmaq üçün bizə daha çox beynəlxalq səylər gərəkdir. Hazırda bunu etmək isə 10-15 il bundan qabaqla müqayisədə daha çətindir.

Tarix
2018.11.19 / 15:14
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla