Yuxarı

Bir davanın tarixçəsi: gizli çəkiliş, məhkəmə və… - Videolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevin döyülüb xəstəxanalıq olması, tanınmış və sevilən məşhur aktyor Rza Rzayevin isə qolunun qırılması ilə nəticələnən davanın tarixçəsi bu ilin fevral ayına təsadüf edir.

Axar.az xəbər verir ki, direktorla aktyorun arasındakı mübahisənin böyüyərək bu həddə çatmasına səbəb xəstəxanalıq olan T.Mirzəyevin şəxsi kabinetinə quraşdırdığı kamera vasitəsilə aktyor R.Rzayevlə aralarında olan mübahisəni lentə alaraq paylaşmasından sonra qızışmışdı.

İki şəxs arasında narazılıq isə R.Rzayevin Nizami rayonu 220 saylı məktəb-liseydə (T.Mirzəliyev həmin vaxt 220 saylı məktəb-lisüyin direktor əvəzi idi) ibtidai sinif müəllimlərindən qanunsuz olaraq hazırlıq pulları yığıldığı barədə məlumat verməsi, bunu ifşa edən aktyorun bacısı Zeynəb Rzayevanın həmin məktəbdən çıxarılmasıyla başlamışdı. Bütün bunları həzm edə bilməyən direktor dəliqanlığı və çılğınlığı ilə seçilən aktyoru otağına çağıraraq söhbət edib, iki şəxs arasında olan söhbəti ictimailəşdirmişdi.

7 aydır davam edən bu mübahisənin ötən gün əlbəyaxa dava müstəvisinə keçməsinə səbəb isə direktor T.Mirzəyevin ona heç bir aidiyyəti olmayan R.Rzayevin məhkəməsinə aktyorun məhkəməlik olduğu şəxsləri şəxsi avtomobili ilə gətirməsi oldu.

Bunu aktyor R.Rzayev öz açıqlamasında dilə gətirib.

Sitat: “Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən Tural Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmə qarşısına gətirmişdi. Həm də bu, ilk dəfə deyil, artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb problem olmamasına çalışmışam.

Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edəm, həm də prosesə aidiyyəti olmadığı halda burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verəm. Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır?”

T.Mirzəliyevin ona aidiyyəti olmayan bir məhkəmə prosesinə gəlməsi azmış kimi, onun yaxınlarının da aktyorun qohumlarına hücum etməsi göstərir ki, bütün bunlar direktor tərəfindən qəsdən edilir ki, R.Rzayev qıcıqlansın.

R.Rzayev bildirib ki, T.Mirzəliyevin özünə aidiyyəti olmayan iş üzrə məhkəmənin qarşısına gələrək, aktyora qarşı təhrikedici hərəkətlər etməsi ilə bağlı Təhsil naziri Ceyhun Bayramova da müraciət ünvanlayıb. Ancaq bu müraciətdən sonra belə direktor məkhəmə önünə gəlməkdə davam edib.

Nəticə isə ortadadır: ölkənin tanınmış aktyoru ilə məktəb direktoru şəhərin ortasında dava edir, R.Rzayev qolundan xəsarət alır, T.Mirzəliyev isə ağır zədələrlə xəstəxanaya yerləşdirilir.

Tarix
2018.11.21 / 12:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla