Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2018


Rusiya bu raketləri Bakıya verməkdən ehtiyatlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycana sahil mühafizə raket kompleksi olan Bal-E-ni satmayacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, silah satışı Rusiya Müdafiə Nazirliyi mövqeyi ucbatından baş tutmayıb. Belə ki, nazirlik hətta bu kompleksin eksport versiyasının belə Rusiyanın Xəzər donanmasının gəmilərinə təhdid yarada biləcəyini iddia edib.

Qəzet bundan öncə Azərbaycan və Rusiyanın bu komplekslər və onlarla 3M24 (eksport versiyası X-35E) raketiylə bağlı müqaviləni paraflaşdırdıqlarını, amma kontraktın imzalanmasına bir müddət qalmış vəziyyətin dəyişdiyini bildirib. Hələlik bu raketlərin Azərbaycana tədarükünün müzakirə edilmədiyini və bunun geosiyasi nüansla bağlı olduğu iddia edilib. Belə ki, qəzet son illər X-35 raketlərinin başlıqlarının təkcə dəniz yox, həm də yerüstü hədəfləri məhv etməsi üçün modernizasiya edildiyini bildirib. Mənbənin iddiasına görə, Moskva guya həm də bu raketlərin Dağlıq Qarabağ konfliktindən istifadə olunmaması üçün Bakıya satmayıb.

Qeyd edək ki, Bal-E kompleksi Bal kompleksinin eksport versiyasıdır. Bu kompleks ərazi sularının müdafiəsi, bazaların müdafiəsi, sahilyanı infrastruktur və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. Bu kompleks 120 kilometrə qədər məsafəyə atəş açmaq qabiliyyətinə sahibdir.

Azərbaycan bir müddət əvvəl Fransanın MBDA şirkətiylə də danışıqlar aparıb. Danışıqlar zamanı tərəflər ASTER 30 SAMP-T və ML Mika komplekslərinin alınmasına dair ilkin razılıq əldə ediblər. Fransanın satacağı ASTER 30 raketlərinin həm də gəmi əleyhinə istifadə etmək qabiliyyəti də var.

Tarix
2018.12.05 / 15:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gürcüstanda qapalı görüş: Əliyev və Ərdoğan...

Nərminin Mübarizə “hücumunu” ermənilər nə tez gördü?

İrəvan bütün cəbhələrdə uduzur: 2019 Qarabağ ilidir

Lukaşenkonun dediyi variant: Eks-nazir detalları açdı - Video

Lukaşenko: Paşinyan zəng vurdu, dedim ki, heç vaxt səni...

Ankarada Güney Azərbaycan şöləni - Foto

Əliyevlə Putinin imzaladığı bu sənədlər... - Karavayev

Mübariz cəbhədəki ermənilərin ürəyini yoxlamalı idi?

FHN-çilər Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla